Normal doğuş nə qədər davam edir?

loading...

Normal doğuş müntəzəm sancıların yaşanması ilə başlayır. Bu sancılar sıx və müəyyən aralıqlarla şiddətini artıraraq davam edir. Təxminən 5, ya 10 dəqiqədən bir sancı tutur. Bu sancılar yaşandığında uşaqlığın ağzı hələ qapalı vəziyyətdə olur. Sancıların başlamasından etibarən uşaqlığın ağzı 10 sm-ə qədər açılır.

Bu açılma doğuşun ilk mərhələsi hesab edilir.

Uşaqlığın 10 sm açılması “tam açılma” hesab edilir və onda doğuş gerçəkləşə bilər. Açılmadan körpənin dünyaya gəlməsinə qədər olan mərhələ ikinci mərhələdir. Üçüncü mərhələdə isə körpənin plasentası (cifti) ayrılır.

  • Birinci mərhələ: Birinci mərhələ latent və aktiv şəkildə olaraq 2 cür şəkilləndirilir. Latent mərhələsində sancılar 5-10 dəqiqədən bir hiss edilməyə başlayır. Qapalı olan uşaqlığın ağzı 4 sm-ə qədər açılır. Açılması isə 6-7 saat çəkir. Aktiv mərhələdə isə 10 sm-ə qədər açılma olur. Qadının ilk hamiləliyidirsə, tam açılma 10 saat davam edir. Ananın ikinci hamiləliyidirsə, 5 saat davam edir.
  • İkinci mərhələ: Uşaqlıq ağzı tam olaraq 10 sm-ə qədər açılır. İlk hamiləlikdirsə, doğuş 2 saat çəkir. İkinci hamiləlikdirsə, 1 saat çəkir. Doğuşun ikinci mərhələsi “hıqqınma” dövrüdür. Bu mərhələ gec başlarsa, ana üçün o qədər yaxşıdır, çünki ən yorucu dövrdür.
  • Üçüncü mərhələdə doğuş gerçəkləşəndən sonra uşağın plasentası kəsilir. Ən az 5, maksimum 30 dəqiqədə tamamlanır. Qadında yırtılma olarsa, müdaxilə edilir, sonra palataya yerləşdirilir. Bu müdaxilə 20 dəqiqəyə tamamlanır.

Doğuş müddətinə təsir edən 4 amil:

  • Normal doğuş ananın ilk hamiləliyidirsə, uzun çəkə bilər.
  • Ananın hamiləlikləri çox olduqca doğuş müddəti də qısalır.
  • Ananın ilk doğuşu 10 saatda, ikinci, üçüncü doğuşlar 5-6 saatda tamamlanır.
  • Epidural anesteziya edilən hamilələrdə doğum müddəti uzana bilər. Anesteziya uşaqlıq ağzının açılmasını gecikdirir.
loading...
SHARE
Şərh yaz