loading...

Novruz bayramı baharın gəlişi ilə yanaşı həm də bolluq, bərəkət carçısıdır. Bu səbəbdən Novruz bayramında mətbəximizdə daha çox istifadə etdiyimiz çərəzlərin faydalarından söhbət açırıq:

Şabalıd.

Omeqa 3, omeqa 6 yağları, fosfor, maqnezium, xlor, kalsium, dəmir, natrium, kalium mineralları, B1, B2 və C vitaminləri ilə zəngindir. Şabalıd qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, zehni və fiziki yorğunluğu aradan qaldırır, sinir sisteminə müsbət təsir göstərir, əzələləri qüvvətləndirir, qəbzliyi götürür. Şabalıdın enerji tərkibi çox yüksək olduğundan onu qida rasionuna az miqdarda daxil etmək lazımdır. Xüsusilə artıq çəkidən əziyyət çəkənlər şabalıddan məhdudiyyətlə istifadə etməlidirlər.

Ərik qurusu.

Müalicəvi xüsusiyyətlərinə görə ərik qurusu nadir qida məhsulları sırasındadır. Bu meyvə qurusu orqanizmdən zərərli maddələrin xaric olunmasında əvəzsiz bir məhsuldur. Kaliumla zəngin olan ərik qurusu ürək xəstəliklərindən əziyyət çəkənlər üçün təbii dərmandır. Həmçinin ərik qurusu xərçəng xəstəliklərinin profilaktikası üçün yaxşı vasitədir. Stressə qarşı mabarizədə də o çox faydalıdır. Ərik qurusu qan təzyiqini aşağı salır. Bu səbəbdən də təzyiqi aşağı olanlara bu meyvə qurusundan istifadə etmək məsləhət görülmür. O cümlədən əriyin şirin sortlarından hazırlanmış meyvə qurusundan artıq çəkisi olanlar məhdudiyyətlə istifadə etməlidirlər. Qida rasionuna yüz qram, yəni 5-6 ədəd ərik qurusu daxil etmək tövsiyə olunur.

Kişmiş.

Çərəz kimi sevilən faydalı qida məhsullarından biridir. Kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfaları, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmiş tərkibində dəmir və kalsiumu saxladığı üçün olduqca faydalıdır. Öz tərkibinə görə kişmiş xüsusilə sümük inkişafına müsbət təsir göstərir, zəiflik, qan azlığı kimi narahatlıqların aradan qaldırılmasında böyük rol oynayır. Yaddaş zəifliyi olanlar üçün kişmiş ən yaxşı vasitələrdən biridir. Kişmişin həmçinin ağrıkəsici xüsusiyyəti vardır. İltihabın qarşısını kəsən kişmiş bəlğəm üçün də olduqca xeyirlidir. Peyğəmbərin (s) nəql etdiyi hədislərin birində göstərilir: “Qurudulmuş üzüm (kişmiş) çox yeyin. O, ödü təmizləyir, bəlğəmi aradan qaldırır, əsəbləri möhkəmləndirir, yorğunluğu götürür, xasiyyəti gözəlləşdirir, nəfəsi təmizləyir və qəm-qüssəni uzaqlaşdırır”. Ancaq bir məsələni də yadda saxlamaq lazımdır ki, kişmiş bir ovucdan artıq yeyilərsə faydasından çox zərəri olar.
Göründüyü kimi plovun hazırlanmasında lazım olan ərzaq məhsulları ayrı-ayrılıqda orqanizm üçün olduqca faydalıdır. Amma bir şərtlə ki, qədərində olsun. “Az aşım, ağrımaz başım” ifadəsinin yəqin ki, bir mənası da elə burdan götürülüb. Süfrənizin zəngin, sağlamlığınızın yerində olması arzusu ilə Novruz bayramınız mübarək.

loading...
Şərh yaz