loading...

Novruz bayramı sevinc, bolluq-bərəkət rəmzi olsa da bayram şirniyyatları artıq çəki yaratmaqdadır. Bəs nə etməli? Çəkimizi stabil saxlamaq üçün hansı pəhrizlər tövsiyyə olunur? Xanim.Net bu dəfə Sizə həmin pəhrizlərdən biri olan xiyar pəhrizini təqdim edir:

Xiyar pəhrizini 2 həftə edən insanlar 4-6 kilo arası arıqladıqlarını bildiriblər. Xiyar pəhrizi digər pəhrizlərə nisbətən daha tez arıqladır və çəkini geri qaytarmır.

Səhər yeməyi: 4 qaşıq yulaf, 250 qr qatıq və 2 quru əncir.

Ara yemək: 500 ml su və 2 ədəd xiyar.

Nahar: 4 ədəd xiyar və 2 qaşıq süzülmüş qatıq və 1 dilim qara çörək.

Ara yemək: 500 ml su, 4 ədəd xiyar və 2 kivi.

Axşam: 4 ədəd xiyar, göyərti, pomidor, mozarella pendiri ilə 1 dilim qara çörək.

Gecə: 21.00-da 500 ml su və 200 qr qatıq, 2 ədəd xiyar və 1 kivi.

loading...
SHARE
Şərh yaz