Ömürlük Bir Yerdə

Ömürlük Bir Yerdə

Filmlər Qadınları Paranoik Edirmi?

Hər ay müəllif və jurnalist Kristina Grish nikahın xoş, təəccübə səbəb olan və bir az da qarışıq dünyasını, ailəli qadın olmağın nə anlama gəldiyini araşdıracaq.

Gecəyarısı yuxudan oyanıb, həyat yoldaşımı yatağında görməyəndə təəccübləndim. Əslində, burada təəccüblü bir şey yox idi, çünki o məndən fərqli olaraq, hər gün yatmağa gec gedirdi. Təəccüblü olan o idi ki, onu evdə tapa bilmədim. Bütün otaqlara baxdım, amma o yox idi. Nəhayət, bayıra çıxıb, həyətə göz gəzdirdim.

Elə o zaman gördüm ki, ərim maşında oturub, musiqinin səsini isə artırıb. Tez içəri qaçdım. Bu səhnəyə uzun müddət baxa bilməzdim, çünki mənə bir vaxtlar izlədiyim bir fılmdən kadrı xatırlatdı. Həmin fılmdə də oğlan maşında yüksək səsli musiqi sədası altında masturbasiya ilə məşğul olurdu. Ərim evə qayıdan kimi onun üzərinə cumdum və dünyanın bütün zülmlərində günahlandırdım.

Film də ağlımdan çıxmırdı. O isə mənə izah etdi ki, su almağa çıxmışdı, amma illərlə dinləmədiyi musiqini eşidəndə radionun səsini artırıb və mahnının bitməsini gözləyib. Onun izahı o qədər məsum və inandırıcı idi ki, həqiqət olduğuna şübhə edə bilməzdim. Axmaq olduğumu birdən-birə anladım…

Təsir Altında

Ərimin bütün fikirlərimə yumorla yanaşmasına baxmayaraq, mən uzun müddət olanları unuda bilmədim. Heç nədən depressiyaya düşəcəkdim az qala, amma psixoloq məsləhəti məni bir az sakitləşdirdi. Psixoloq Melanie Greenbergin sözlərinə görə, qadınlar ətrafda baş verənlərə qarşı çox həssasdır, ona görə, fılmlərdə gördüyümüz, xəbərlərdə eşitdiyimiz hadisələr bizə daha çox təsir edir, eyni şeyin bizim də başımıza gələcəyindən ehtiyatlanırıq.

“Əsas həqiqət və təxəyyül arasındakı sərhəddin müəyyənləşdirilməsidir”, – deyə psixoloq Natasha Burton izalı edir. O bütün problemlərin əsasını qadınların psixoloji natarazlığında görür. Greenberg deyir ki, keçmişimiz ən yaxşı öncədən görmədir. Ərim heç vaxt seksual-manyak olmadığı üçün belə davranışda onu şübhəli bilmək düzgün deyil. Üstəlik, konkret səbəb olmadan onu günahlandırmaqla da münasibətlərimə böyük zərbə vura bilərdim, çünki bu ona inamımın olmadığının bir əlamətidir.

Vəziyyəti  əIə al

Burton dediyi kimi, problemləri həll etmək üçün onların başvermə səbəbini müəyyənləşdirmək gərəkdir. Beləliklə, əgər televizorda filmə baxarkən, ondan təsirlənirəmsə, fasilə edib, öz münasibətlərim haqqında düşünməliyəm. Həqiqətən, oğlanlar bu vəziyyətdə belə davranır mı? Bu, mənə öz münasibətlərimə köklənməyə imkan verir və məsələnin aydınlaşmasına yardımçı olur. Ona görə də müəmmalı hadisədən təsirlənib həyəcan təbilini çalmağa macal tapmamış özümlə danışmağı başlayıram. “Həqiqətən, ərim bunu edə bilərmi?”. Əgər mən yenə də özümü ələ ala bilməyib işləri korlasam, o zaman üzr istəməyi bacarmalıyam.

Üzrxahlığım isə təxminən belə olacaq: “Mən bilirəm ki, sən yaxşı insansan, üzr istəyirəm. Haqsız idim”. Ərimlə bu hadisəyə ağlayanadək gülə bilərik, amma mən hər dəfə belə situasiyaya düşüb, özümü ələ ala bilməsəm, necə olsun? Axı, mən psixoloq deyiləm, üstəlik, hər dəfə belə anlaşılmazlıqlara zəmin yaradıram. Həyat filmlərdəki kimi deyil.

Şərh yaz