loading...

Boşanmağa hazırlaşanlar mütləq oxusun!

O gecə mən evə gələndə yoldaşım şam yeməyi hazırlayırdı. Əllərini tutaraq onunla ciddi söhbət edəcəyimi dedim. O, masa arxasına əyləşdi və yeməyini yeməyə başladı. Artıq birinci dəfə deyildi ki, onun gözlərində kədər görürdüm.

Mən başa düşdüm ki, bu söhbəti aça bilməyəcəyəm. Ancaq ona boşanmaq istədiyimi deməli idim. Sakit səslə boşanmaq qərarımı dedim. Sanki sözlərim onu qıcıqlandırmır, əvəzində isə çox sakit tərzdə “niyə?” deyə soruşdu.

Bu sualı cavabsız qoydum. Bu onu əsəbiləşdirdi. Stolda yemək dəstlərini yerə atır, ona xas olmayan səslə qışqırır və mənə kişi olmadığımı deyirdi. Həmin gecə bir daha danışmadıq. O, ağlayırdı. Bilirdim ki, o, bizim ailəmizə nə olduğunu başa düşmək istəyirdi. Ancaq çətin ki, ona qane edici cavab verə bilərdim. Mənim ürəyim artıq Ceynə məxsusdur. Artıq yoldaşımı sevmir və ona sadəcə yazığım gəlirdi.

Böyük günahkarlıq hissi ilə boşanma ərizəsini imzaladım və mülkiyyətimizi böldüm. Boşandıqdan sonra ev, maşın və kompaniyamın 30 faiz səhmlərinin sahibi olacaqdı. O, sənədə baxdı və cırdı. 10 il birgə həyat yaşadığım qadın bir anın içində mənə yad oldu. Mənimlə itirdiyi zamana, gücə və enerjiyə heyfim gəlsə də sözümü geri götürə bilməzdim. Çünki mən artıq Ceyni sevirdim. Birdən gözləmədən qarşımda isterika yaratdı. Əslində mən elə bu reaksiyanı gözləyirdim. Onun göz yaşları mənim üçün azadlıq simvoluna çevrildi. Artıq boşanma səbəbim daha aydın və dəqiq idi mənim üçün.

Növbəti gün evə çox gec gəldim. Ceynlə gərgin bir gün keçirmiş və çox yorulmuşdum. Evə gələndə yoldaşım yazı masası arxasında əyləşmiş və nə isə yazırdı. Yemək yemədim və yatmağa getdim. Arada oyandım və o, hələ də masa arxasında oturub nəsə yazırdı. Əslində heç mənə maraqlı da deyildi ki, o nə yazırdı. Ona görə də çevrilib yenidən yuxuya getdim.

Səhər o, mənə boşanma şərtlərini gətirdi. Ona məndən heç nə lazım deyildi. Yalnız bir şərti vardı: bir ay ərzi də əvvəlki həyatımıza qayıtmalı idik. Səbəb isə çox sadə idi: oğlumuz bir ay sonra imtahan verəcəkdi və onu incitmək, sarsıtmaq istəmirdi.

Orada daha bir şərt yazılmışdı. Mən ilk toy günümüzdə onu qollarımda yataq otağımıza gətirmişdim. İndi hər gün onu yataq otağından çöl qapıya qədər aparmalı idim. Mənə elə gəlirdi ki, o, ağlını itirib. Düşündüm ki, yəqin birgə keçən son günlərimizi maraqlı etməyə çalışır.

Yoldaşımın şərtini Ceynə dedim. O, buna bərkdən güldü və nə axmaq söz danışdığımı soruşdu. Ceyn dedi ki, yoldaşım nə qədər bunu istəməsə də artıq bu ailənin dağıldığını qəbul etməlidir.

Yoldaşımla boşanma qərarını dediyimdən bəri intim münasibətimiz olmamışdı. Ona görə də onu qucağıma aldığım ilk gün ikimiz də çox yersiz görünürdük. Oğlum bu mənzərəni gördü və möhkəm əl çaldı və sevinərək: ” Ata anamı qucağında aparır!” dedi. Onu sözləri ürəyimə xəncər kimi batdı. 10 metrlik bu marafonu hər gün gedirdim. Bu gün o, gözlərini yumdu və incə səslə yalvardı ki, oğlumuza boşanmağımız haqda heç nə deməyim. Heç nə demədən razılaşdım. Onu qapının ağzına qoydum və o, işə, mən isə idarəyə getdim.

İkinci gün isə daha sərbəst idik. O, sinəmə söykəndi və mən onun ətrini duydum. Bu anda anladım ki, çoxdandır bu qadına diqqət verməmişəm. Onun üzündə ilk qırışlar əmələ gəlmiş, saçları isə ağarmağa başlamışdı. Bizim ailəmiz onda izini buraxmışdı. Bir dəqiqə düşündüm: ” mən onun üçün nə etmişəm?”

Dördüncü gün mən onu qucağıma alanda aramızda qığılcım yarandığını hiss etdim. Bu həyatının 10 ilini mənə vermiş qadın idi. 5 və 6-cı gün isə başa düşdüm ki, aramızdakı qığılcım çox böyüyüb. Ancaq bunun haqqında Ceynə danışmamaq qərarına gəldim. Bir ay sonra hiss etdim ki, onu qucağıma almaq çox asandı. Yəqin ki, gündəlik məşq öz təsirini göstərmişdi.

Bir gün səhər o, güzgünün qarşısında dayanıb işə geyinmək üçün paltar seçirdi. Bir neçəsini yoxladıqdan sonra çox arıqladığı üçün heç bir paltarının əyninə olmadığını dedi. O an başa düşdüm ki, o, nə qədər arıqlayıb. Ona görə də onu qollarımda daşımaq hər gün daha asan olurdu.

Elə bu an mən çox pis oldum. Onun qəlbinə nə qədər kədər və ağrı çökmüşdü. Əlini tutdum və başını sığalladım.

Bu zaman oğlum içəri girdi və ananı qucağıma alıb aparmaq vaxtı olduğunu dedi. Bu mənzərə onun çox xoşuna gəlir və həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Mən onu qucağıma aldım, qollarımda qapıya gətirdim. O, qolunu boynuma salmışdı. Hər şey ilk toy günümüzdə olduğu kimi idi.

Onun hər gün arıqlaması məni kədərləndirirdi. Sonuncu gün onu qollarımda aparanda möhkəm qucaqladım və dedim ki, biz hələ də əvvəlki kimi yaxınıq.

İdarəyə getdim. Maşından düşüb içəri keçdim, hətta arxamca qapını belə bağlamadım. Sonra Ceynin yanına gəldim və boşanmaq fikrindən əl çəkdiyimi dedim.

Ceyn təəccüblə mənə baxdı, əlini alnıma qoyub dedi: ” Nə olub? Bəlkə hərarətin var?”. Əlini alnımdan götürüb: ” Bağışla, Ceyn, mən boşanmaq istəmirəm. Mənim ailəm əvvəlki qığılcımını itirmiş ola bilər. Bu yalnız ona görədir ki, biz həyatımızdakı xırdalıqlara fikir verməmişik. Ancaq bu o demək deyil ki, biz bir-birimizi sevmirik.” Bu sözləri deyərkən mən bir daha əmin oldum ki, ilk toy günümüzdə onu qollarımda apararkən mən bir ömür boyu bunu etməyi öhdəmə götürmüşəm.

Ceyn mənə bir şillə vurdu və qapını üzümə çırpdı. Pilləkənlərdən aşağı düşdüm, maşına oturdum. Evə gedən yolda saxlayıb gül dükanından gözəl bir gül dəstəsi aldım. Satıcı açıqcada nə yazacağını soruşdu. Mən ” Ölüm bizi ayırana qədər səni qollarımda daşıyacağam” yazın, dedim.

Həmin gün evə bir az tez gəldim. Əllərimdə gül evə daxil oldum. Yoldaşım öz yatağıda ölü halda idi…

Məlum oldu ki, o, bir neçə aydır ki, xərçənglə mübarizə aparırmış. Bu vaxt ərzində isə mən Ceynlə məşğul idim. Evimdə baş verənlərdən xəbərim yox idi. O, öz ölümünü bilirdi və məni oğlumun pis münasibətindən qorumaq istəyirdi. Axı mənim boşanma qərarımla boşansaydıq o, mənə nifrət edə bilərdi. Ancaq indi onun sayəsində oğlumun gözündə sevən bir ata kimi qaldım…

İndi başa düşmüşəm ki, bizim həyatımız kiçik məqamlardan ibarətdir. Onların üzərində isə möhkəm münasibətlər qurulur. Xeyr, bu nə ev, nə maşın, nə mülk, nə də böyük bank hesabı deyil. Bunlar xoşbəxtlik üçün yaxşı zəmin yaradır, ancaq heç vaxt bizim xoşbəxtliyimiz ola bilmir.

Vaxt tap və sevdiyin insan üçün əsl dost ol. Bir-birinizə kiçik sevinclər bəxş edin. Onlar sizi daha yaxın edəcək. Belə sənin əsl xoşbəxt ailən olsun.

Əgər sən mənimlə razı deyilsənsə, bu qorxulu deyil. Ancaq bunları tətbiq etməklə öz ailənizi xilas edə bilərsiniz. Bir çox bədbəxtliklər ona görə baş verib ki, biz hədəfə tam yaxın olduqda ondan imtina etmişik. Və bunun fərqində deyilik.

Bu ürək dağlayan hekayə hər birimizə təsir edir. Bəzən nə qədər xoşbəxt olduğumuzu başa düşmürük. Başa düşəndə isə təəssüf ki, çox zaman gec olur. Sevdiklərinizin qiymətini bilin. Onu hər gün son gün kimi sevin. Sabah nə olacağını heç birimiz bilmirik. Bəlkə o, yanınızda olmayacaq…

loading...
SHARE
Şərh yaz