Orqanizmdə vitamin çatışmazlığının əlamətləri

loading...

Diş ətlərinin qanaxması – bu orqanizmdə vitamin C-in çatışmazlığının əlamətidir.  Qidalanmanıza  diqqət yetirməniz, çoxlu soğan,  sarımsaq, meyvə, tərəvəz, limon yemək lazımdır.  Əgər bahalı meyvələrə imkanınız  yoxdursa itburnu cövhərindən, şam iynəyarpağının (iynəyarpaqlı ağacın budağının) həlimindən  istifadə edə bilərsiniz.

Dirsəklərdə qaz dərisi – bu orqanizmdə vitamin C və A çatışmazlığının əlamətidir. Vitamin A bütün tərəvəzlərdə və narıncı rəng meyvələrdə- kök, balqabaq, pomidor, ərik, qaysı qurusunda, və s. olur. Yalnız onu qeyd etmək lazımdır ki, vitamin A yağla mənimsənilir.

Bədənin quru dərisi –E və B vitamininin çatışmazlığıdır. Fındıq,  yağlı balıq və bitki yağından istifadə edə bilərsiniz.

Tez sınan dırnaqlar və pis saçlar – B qrupu və kalsium vitaminin orqanizimdə çatışmamasından xəbər verir.

Siz əsəbi olursunuz və pis yatırsınız – bu orqanizmdə  Mg  və K  çatışmazlığından xəbər verir. Çoxlu banan, qaysı qurusu, qara gavalı, çuğundur yemək lazımdır.

Çoxlu duzlu yeyirsiniz (pomidorlar, xiyarlar, kələm ) – bu orqanizmdə infeksiyanın mövcudluğunun əlamətidir və ya iltihabi prosesin  kəskinləşməsindən xəbər verir. Hər şeydən əvvəl sidik-tənasül sisteminə diqqət yetirmək lazımdır.

Əgər ayaqlarınız gecələr qıc olursa  orqanizmində kaliumun və maqneziumun əskik olmasının əlamətidir. Məhz diqqəti yeməkdə mineral elementləri özündə saxlayan məhsullara yönəltmək lazımdır.

Şirniyyatsız  dayana bilmirsiniz –ola bilər ki, sizin əsəb sisteminiz köhnəlir,  sizə  qlükoza lazımdır . Əgər sizdə diabet yoxdursa, onda qadağan olunmur. Yalnız bu halda bal, acı şokolad yemək lazımdır  ki, həzm yolunda problem yaranmasın.

Əgər tum çirtlamaq istəyirsinizsə- ola bilsin ki, sizdə antioksidləşdiricilər çatışmır.

Əgər sizi dəniz məhsulları çəkirsə, çox  böyük ehtimal ki, orqanizmdə yodun çatışmazlığı haqqında söhbət gedir.

Əgər bütün yeməklərinizi  duzsuz  yeyirsinizsə, onda bu depressiyadan xəbər verir.

loading...
Şərh yaz