Orqanizmin təmizlənməsi üçün 7 məhsul

loading...

Bəzi məhsullar orqanizmin təmizlənməsi üçün mühüm rol oynayır.  Xüsusilə bayram keyfindən sonra orqanizmdə istər-istəməz çoxsaylı zəhərli maddələr yaranır ki, bunun üçün də bu məhsulları istifadə etmənizdə fayda vardır.

  1. Kələm tərkibində olan fermentlər qaraciyəri və bağırsaqları zərərli maddələrdən  təmizləməyə  kömək edir.
  1. Alma bağırsaqları tullantılardan təmizləyir, sellülozla zəngindir. Almanı qabığı ilə yemək daha xeyirlidir. Ancaq unutmayın ki, meyvənin üzərində olan mumu təmizləmək lazımdır.
  1. Yarpaq salatının tərkibində həzmi yaxşılaşdıran vitaminlər, mikroelementlər və üzvi turşular vardır ki, bu da maddələr mübadiləsini sürətləndirir və duzların çöküntüsünün qarşısını alır.
  1. Çuğundur qaraciyərin, böyrəklərin və sidik kisəsinin fəaliyyətinə müsbət təsir göstərir. Tərkibində çoxlu vitamin və minerallar mövcuddur. Çuğundur  B vitaminin mənimsəməsinə kömək edir və özünün də  tərkibində çoxlu vitamin var. Bişmiş çuğundur və çuğundur həlimi  bağırsaqları yaxşı işlətmə və sidikqovucu vasitədir.
  1. Kök vitaniminlə zəngindir, eyni zamanda zülalların mübadiləsini yaxşılaşdırır. Təzə kök şirəsi qaraciyərin və böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir.
  1. Qara gavalı həzm və orqanizmin təmizlənməsi üçün çox faydalı maddələrlə zəngindir.
  1. Taxıl kökələrinin tərkibində karbohidrat və şəkər demək olar ki, yoxdur. Əvəzində sellülozla çox zəngindir. Kökələr olan bütöv dənli bitkilərdən çovdar xüsusilə faydalıdır ki, onların da tərkibində çoxlu B qrupu vitamin vardır.

Heç olmasa, onlardan üçünü  gündəlik qida rasionunuza daxil edin. Əvəzində gördüyünüz nəticə sizi sevindirəcək.

loading...
Şərh yaz