loading...

Beldə artıq santimetrlərin səbəbi çox vaxt oturaq iş olur. Bu səbəbdən sizə gündəlik bir neçə sağlam və faydalı vərdişlər əldə etməyi təklif edirik.

Bu tövsiyələrə riayət etməklə siz daha uzun müddət yaxşı formada qala və özünüzü oturaq işdə əsl ofis işçisi kimi hiss edə bilərsiniz.

Sağlam nahar

Çalışın tez hazırlanan yeməklərdən, yəni “fast-food”-dan imtina edəsiniz. Öz qida rasionunuzu maksimal dərəcədə təzə məhsullarla zənginləşdirin. Evdən özünüzlə sellülozla zəngin tərəvəz salatı gətirin. Bu halda siz öz bədən formanızın dəyişilməsindən narahat olmadan iri porsiya da yeyə bilərsiniz. Aclıq hissini maksimal azaltmaq üçün təzə tərəvəzlərə yağsız zülallar əlavə edin: bişirilmiş kartof, noxud, qızardılmış toyuq və ya kəsmik. Belə nahar həm sizin bədən formasını öz qaydasında saxlayacaq, həm də ki, pulunuza qənaət edəcək.

Hərəkətli fasilə

Nahar fasiləsində qəhvə içib və sosial şəbəkələrdə oturmayın. Siz onsuzda bütün gününüzü monitor qarşısında keçirirsiniz. Küçəyə çıxın ki, ayaqlarınız açılsın, təmiz hava alın, bir az gəzin. Səhərdən axşama kimi oturmaq həm sizin bədən formanıza, həm də ki, sağlamlığınıza mənfi təsir edir.

Faydalı qəlyənaltı

İş zamanı bir az fasilə edərək yüngül qəlyənaltı da edə bilərsiniz. Bu zaman yaxşı olar ki, meyvələrdən, yoqurtdan, pendir çubuqlarından və ya müxtəlif çərəzlərdən istifadə edəsiniz.

Daha çox maye qəbul edin

Susuzluğu hər zaman bir stəkan adi təmiz su ilə yatırın. Adi su sizin bədən formanıza heç vaxt pis təsir etməyəcək, o əksinə mədənizi dolduraraq sizi artıq qəlyənaltıdan uzaq saxlayacaq.

Unutmayın ki, fiziki işlər və düzgün qidalanma sizin gözəl bədən formanızın girovudur. Öz orqanizminizə düzgün münasibət zamanı siz uzun illər boyu sağlam, cavan və gözəl qalacaqsınız.

loading...
Şərh yaz