Öz əhval-ruhiyyənizi necə qaldırırsınız?

loading...

Bildiyiniz kimi qadınların təbiəti olduqca dəyişkən və şıltaqdır. Əvvəlcədən bizim əhval-ruhiyyəmizi müəyyən etmək olmur. Çox vaxt biz özümüz də səhər tezdən yaxşı əhvalda olmadığımıza fikir veririk. Əgər siz öz pis əhval-ruhiyyənizin əsas səbəbini anlamağa çalışsanız, bu zaman əhvalınızı az da olsa yaxşılaşdıra bilərsiniz. Buna görə sizə kefinizi yaxşılaşdıracaq vasitələri xatırladırıq.

Bu halda ən effektiv və eyni vaxtda ən sadə üsul – sizin dostlarınız və rəfiqələrinizdir. Onlara zəng vurun, birlikdə əylənməyə yola düşün (hətta əgər bunu etməyə heç kefiniz və halınız olmasa belə). Dostlar bizə əhval-ruhiyyəmizi yaxşılaşdırmağa və sadəcə xoş söhbət arxasında problemləri unutmağa kömək edəcəklər.

Yemək və içkilər də həmçinin əhval-ruhiyyəni yaxşılaşdıra bilir. Məsələn, şokolad hər kəsə məlum və geniş istifadə olunan antidepressantdır. Buna görə hətta əgər siz pəhriz saxlayırsınızsa, əhvalınızı yaxşılaşdırmaq üçün bir tikə bu şirniyyatdan istifadə edə bilərsiniz. Şokoladın pozitiv təsirini canlandırıcı içkilərlə gücləndirmək olar.

Neqativ emosiyaların öhdəsindən gəlmək üçün daha bir üsul – onları kağızda əks etdirməkdir. Öz neqativ emosiyalarınızın mənbəyini konkretləşdirməyə və onun şəkilini çəkməyə cəhd edin. Rəsm prosesinin özü sizin fikirinizi yayındıracaq, nəticədə alınmış şəkil isə sizi əyləndirə biləcək.

Əgər ürəyiniz lap sıxılırsa, bu zaman qələmi bir kənara qoyub boksla məşğul olun. Siz bütün incikliklərinizi və kədərinizi boks kisəsinə tökə bilərsiniz. Əgər boks yenə də sizlik deyilsə, bu zaman başqa aktiv idman növləri ilə yaxından tanış ola bilərsiniz. Həmdə ki, belə məşqlər sizə işin gedişatında əzələlərinizi və sağlamlığınızı bərkitməyə imkan yaradacaq.

Musiqi – həmçinin əhval-ruhiyyəni qaldırmaq üçün əla vasitədir. Sevdiyiniz mahnı sizə neqativ emosiyalardan azad olmağa imkan verəcək. Buna görə musiqinin səsini ucaldın, ifa və rəqs edin!

Qəribə olsa da, əhval-ruhiyyəni qaldırmağa hər hansı bir sakit işlə məşğul olmaq da kömək edir. Toxuyun, kitab oxuyun, televizora baxın və ya sizin xoşunuza gələn və əsəblərinizi sakitləşdirən istənilən işlə məşğul olun.
Sevinc hormonları – endorfinlərin mövcudluğu haqqında bilirsinizmi? Bu hormonlar ekstremal hisslər zamanı orqanizmdə fəal istehsal edilirlər. Buna görə siz ekstremal idman növlərinə üz tuta bilərsiniz. Bu zaman siz yaxşı əlval-ruhiyyədən başqa bir sıra müsbət emosiyalar əldə edəcəksiniz.

loading...
Şərh yaz