loading...

Bir sahibkarın hədsiz dərəcədə borcu artıbmış və o, vəziyyətdən çıxış yolu görmürdü. Borc verən şəxslər hər gün ondan ödəniş tələb edirdilər.

O, fikrini yayındırmaq üçün parka çıxdı. Lakin bu haqda  düşüncələr onu rahat buraxmırdı. Kişi başını əlləri arasına aldı və bu vəziyyətdən necə çıxa biləcəyi haqda düşünməyə başladı. Bu vaxt qarşısında bir qoca peyda oldu.

– Görürəm ki, sizi nə isə narahat edir- dedi- bəlkə mənə deyəsiniz?

Sahibkar öz problemlərini, kreditorlara borcu olduğunu və əlavə borc pul ala bilmədiyini qocaya danışdı. Qoca sözünü kəsmədən onu dinlədi və dedi:

– Mən sizə kömək edə bilərəm.

O, sahibkarın adını soruşdu və qəbz yazaraq çaşqın vəziyyətdə olan kişiyə uzatdı.

– Bu pulları götür. Burada bir il sonra görüşəcəyik və siz o pulu mənə qaytara biləcəksiniz.

Kişi bir söz deyə bilmədi, qoca kütlənin arasında gözdən itdi.

Sahibkar qəbzə baxdı. Ordada 500.000 dollar məbləğində pul, aşağıda isə ” Con Rokfeller” yazılmışdı. Con Rokfeller dünyanın ən varlı insanlarından biridir.

” Mən bütün problemlərimi bir dəqiqədə həll edərəm!”- deyə düşündü. Ancaq sahibkar qəbzi seyfə qoydu. Bu qəbzin varlığı haqda düşüncə belə ona öz biznesini ayağa qaldırmaq üçün güc verirdi.

Nəhayət yüksək optimizmlə sərfəli sövdələşmələr etdi, bir neçə böyük satış həyata keçirdi. Bir neçə ay ərzində borcdan çıxdı və yenidən pul qazanmağa başladı. Bir il sonra həmin vaxtda, həmin qəbzlə parkdakı həmin yerə gəldi.

Danışılmış vaxtda qoca peyda oldu. Sahibkar qəbzi qaytarmaq və uğurlarından danışmaq istəyirdi ki, qəfildən tibb bacısı qaçaraq gəldi və qocanı tutdu.

– Axır ki, onu tutdum- deyə o qışqırdı.- Güman edirəm ki, o sizi narahat etmədi. O, tez-tez evdən qaçır və insanlara deyir ki, Con Rokfellerdir.

Sahibkar çaşqın vəziyyətdə durmuşdu. Bütün il ərzində o, əminliklə işləyirdi ki, istənilən an yarım milyonluq qəbz onun köməyinə çatacaqdır.

Qəflətən başa düşdü ki, əslində real və ya xəyali pullar onun həyatını dəyişmədi. Onun uğuruna səbəb özünə yeni inamı idi.

Təşəbbüsü əlinizə alın. Həlledici anda yalnız özünüzə inam uğura aparan başlıca yol ola bilər.

loading...
SHARE
Şərh yaz