Paltara yapışan saqqızı çıxarmağın asan yolu

loading...

Paltarınıza yapışan saqqızı çıxarmaq üçün çox məşğul olursnuz? Bu praktik üsulla paltarınızdakı saqqızdan asanlıqla xilas ola bilərsiniz. Sadəcə bir az zamana ehtiyacınız var.

Dostlarınızla gəzintiyə çıxmaq üçün sözləşmisiniz. Saçlarınızı istədiyiniz formada düzəltdiniz, makiyajınızı etdiniz və kombininizi tamamladınız, amma o anda bir şey diqqətinizi cəlb edir. Geyinməyi düşündüyünüz paltarınıza saqqız yapışıbmış!

Əgər geyinəcək başqa bir şeyim yox deyə düşünürsünüzsə ya da hökmən onu geyinmək istəyirəm deyirsinizsə, sizi bu vəziyyətdən qurtaracaq bir həll yolumuz var. Sadəcə bu proses üçün bir az zamana ehtiyacınız olacaq.

Paltarınızı buzluqda qoyub gözləyin

Ehtiyacınız olan tək şey bir soyuducudur. Paltarınızı qatlayın və soyuducu paketinin içinə qoyun. Paketin içinə qoyduğunuz paltarınızı soyuducunun dondurucu hissəsinə qoyub təxminən 1 saat gözləyin. 1 saat sonra paltarınızı  götürdüyünüz zaman saqqızın olduqca sərtləşmiş olduğunu görəcəksiniz. Beləcə, saqqız paltarınızdan asanca ayrılacaq. /// Sevil

loading...
SHARE
Şərh yaz