Parıltılı geyimi necə geyinməli?

loading...

Parıltılı (payetli) geyim lazımlı və vacib geyimdir. Ən sadə geyimdə belə parıltı ilə bayram əhval ruhiyyəsi yaratmaq olar. Təəssüf ki, heç də hamı parıltılı geyimi necə dəstləşdirməyi bacarmır. Parıltılı geyim gündəlik istifadə etməyənlər üçün olduqca çətin geyimdir.

Cürət, qədərində istifadə və dəb məsləhətləri- ideal tərz yaratmaq üçün sizə lazım olan bunlardır. Əslində payetli don və ya metal görünüşlü ətək təkcə gecə deyil, həm də gündəlik geyim kimi istifadə oluna bilər. Bu halda aksessuarlar sadə seçilməlidir. Payetlə bəzədilmiş klatç və ya güzgü effektli çanta gündəlik obrazınızı tamamlaya bilər.

Nümunə olaraq Rihannanı götürə bilərsiniz.

 

Foto: Splash News
Foto: Splash News

Boyfrend-frend tərzi cinsi parlaq klatçla tamamlayıb. Buna əlavə olaraq parıltılı top kofta ilə obrazını tamamlamışdır. Bu, çox parlaq və bayram əhval-ruhiyyəli obrazda istənilən şənliyə gedə bilərsiniz.

İşdə keçirilən bayram üçün daha sadə paltar seçə bilərsiniz. Məsələn Aleksa Çanq kimi. Bu qız müasirləri arasında ən zövqlü hesab olunur.

Foto: Getty Images
Foto: Getty Images

O, sadə ağ parıltılı don geyinmişdir. Lakin obrazının əsas vurğusu geyim deyil, əlinə aldığı sadə boks çanta və məxməri lentli ayaqqabılarıdır.

Siz öz parlaq obrazınızı yaratmaq istəyirsiniz, ancaq kajual tərzinizdən əl çəkə bilmirsiniz? Onda Lili Kollinzin tərzinə baxın. Onun tərzi ürəyinizcə olmalıdır.

Foto: Getty Images
Foto: Getty Images

Gündəlik geyimlə parıltılı geyimi kombin etmək xüsusi ustalıq tələb edir. Bu, hər kəsin bacaracağı iş deyil. Lili üç-ağ, qara, qırmızı rəngin uğurlu kombinasiyasını yaradıb.

Daha bir qeyri-adi obrazı Oliviya Palermo yaratmışdır.

 

Foto: Getty Images
Foto: Getty Images

Ulduz xanım geyimində göyün iki tonunu- tünd və açıq rəngini seçmiş, onları ayaqqabısındakı narıncı rənglə canlandırmışdır.

Gecə geyimlərinə gəldikdə isə döşəməyə qədər uzanan parıltılı geyimlərdə əlavə vurğuya ehtiyacı yoxdur. Onu yalnız parlaq dodaq boyası ilə tamamlayın. Solanj Nouzun belə uğurlu bir geyiminə nəzər salın.

 

Foto: Splash News
Foto: Splash News

O ki qaldı parıltılı aksesuarlara, parıltılı bir klatçı sadə kiçik donla geyinərək götürə bilərsiniz. Bu aksesuar klassik cinslə də pis görünmür.

Next pazyı-qış kolleksiyasından kiçik qırmızı parıltılı don sizə seksual görünüş verəcək. Bu donu sadə qara aksesuarlarla tamamlayın. Sırğa və üzükləri isə unudun. Çünki bu don özü sizi gecənin yaraşığına çevirəcək.

Next

H&M -dən olan bu payetli kombinizon isə xüsusi günlər üçün nəzərdə tutulub. Siz onu ömrünüzdə bircə dəfə geyinə bilərsiniz. Ancaq əmin olun ki, peşman olmayacaqsınız.

payetli kombinizon

Zarada olan bu parlaq yubka nəinki bayram, həm də gündəlik qarderoba daxil ola bilər. Axşam onu ağ kofta ilə, günorta isə incə ipəkdən olan kofta ilə geyinə bilərsiniz. Üstündən iri toxunuşlu sviter geyinmək olar.

parlaq yubka

H&M dizaynerləri bu cemperi rəngli geyinməyi sevən, lakin çox parıldamaqdan ehtiyat edənlər üçün hazırlayıblar. Onu həm gecə, həm də günorta geyiminə daxil etmək olar.

cemper

Topshopdan olan bu yaxalıqlı payetli koftanı ciddi, hündür belli şalvar və abstrakt naxışlı qələm ətəklə dəstləşdirmək olar. Əsas odur ki, “aşağı hissə” sönük rənglərdə olmalıdır.

Topshop

loading...
Şərh yaz