loading...

Yuyunmaq üçün su

  • Tələb olunur: 1 çay qaşığı duz, 250 ml su.
  • Hazırlama qaydası: duzu suda əritmək.
  • Tətbiqetmə. Axşamlar bu su ilə yuyunmaq.

Yumşaldıcı maska

  • Tələb olunur: 1 xörək qaşığı marqarin, 1 çay qaşığı kök şirəsi.
  • Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
  • Tətbiqetmə. Qatışığı üzə çəkib, 10 dəqiqə saxlamaq. Kağız salfetlə silmək, üzü su ilə yaxalamaq.

Quru dəri üçün yağlı maska

Tələb olunur: 100 ml saflaşdırılmamış bitki yağı, 1 çay qaşı­ğı xırdalanmış çobanyastığı ləçəkləri, 1 çay qaşığı bal və 1 çay qaşığı quşarmudu şirəsi.

  • Hazırlama qaydası: yağı su vannasında isitmək, qalan inqre­diyentləri əlavə etmək. İçində göz, ağız və burun yerləri açmaq­la pambıq hazırlamaq və qatışığa batırmaq.
  • Tətbiqetmə. Maskanı üzə qoymaq və 15 dəqiqə saxlamaq. Qa­lıqları salfetlə götürmək. Əvvəl ilıq, sonra soyuq su ilə yuyunmaq.

Kalendula kremi

  • Tələb olunur: 1 xörək qaşığı kalendula ləçəyi, 1 xörək qaşığı qarğıdalı yağı, 2 çay qaşığı arı mumu, 1 çay qaşığı qliserin, 10 xörək qaşığı bitki yağı.
  • Hazırlama qaydası: kalendulanın ləçəklərinin üzərinə bitki yağı əlavə edib, 1 həftə qaranlıq yerdə saxlamaq (müntəzəm şə­kildə çalxalamaq). Mumu su vannasında əritmək, 2 xörək qaşı­ğı əvvəlcədən hazırlanmış kalendula yağı əlavə etmək. Qarışıq soyumamış içinə qliserin tökmək. Soyuyanadək qarışdırmaq.
  • Tətbiqetmə. Quru dəriyə qulluq üçün kremdən istifadə etmək.

Bananlı maska

  • Tələb olunur: 1 banan, 1 yumurtanın sarısı, 1 xörək qaşığı zeytun yağı.
  • Hazırlama qaydası: bananı təmizləmək, püre şəklində əz­mək, yumurtanın sarısını əlavə etmək və yağı süzmək. Yaxşıca qarışdırmaq.
  • Tətbiqetmə. Maskanı masaj xətti üzrə üzə yaxmaq, 10 dəqi­qə saxlamaq. İlıq su ilə yumaq.

Ərikli-yağlı maska

  • Tələb olunur: 2 ərik, 1 xörək qaşığı zeytun yağı.
  • Hazırlama qaydası: əriklərin çəyirdəyini çıxarıb əzmək, yağ­la qarışdırmaq.
  • Tətbiqetmə. Qarışığı üzə çəkmək, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

Multivitaminli maska

  • Tələb olunur: 1 limon, 1 qreypfrut, 1 portağal, 2 çay qaşığı bal.
  • Hazırlama qaydası: meyvələrin şirəsini çıxarmaq, onu balla qarışdırmaq.
  • Tətbiqetmə. Qarışığı üzə çəkib 10 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

Nəmləndirici maskaların tərkibində çoxlu miqdarda su olduğundan dərini daha elastik və təravətli edir.

Qozla maska

  • Tələb olunur: 3 ədəd qoz ləpəsi, 1 xörək qaşığı kərə yağı, 1 çay qaşığı limon şirəsi.
  • Hazırlama qaydası: qoz ləpələrini xırdalamaq, yağla qatmaq, şirə əlavə etmək. Yaxşıca qarışdırmaq.
  • Tətbiqetmə. Maskanı yatmazdan 2-3 saat əvvəl üzə çəkmək, 15 dəqiqə saxlamaq. Qalıqları kağız salfetlə təmizləmək.
loading...
Şərh yaz