Payızda və Qışda dəriyə qulluq

loading...

Qışda dəri xüsusən qulluğa möhtacdır, küçədə güclü şaxta ol­masa belə, soyuq külək belə dərini quruda bilər. Həmin vaxt ona müdafiə və qidalandırma zəruridir.

Yetərli soyuq damarları genişləndirir ki, nəticədə dəri qıza­rır, güclü soyuqda isə damarlar, əksinə, daralır, dəri solğun və quru olur ki, bu da öz növbəsində qabıqlanmaya və qıcıqlan­maya gətirib çıxarır. Tədqiqatlar göstərir ki, sağlam insanlar­da müntəzəm aşağı hərarət nəticəsində dəri daha tez qocalır, amma hadisələrin bu cür xoşagəlməz inkişafından dəriyə düz­gün qulluq etməklə qaçmaq mümkündür.

Beləcə, səhərlər küçəyə çıxmazdan az əvvəl yuyunmaq və üzə krem çəkmək məsləhət görülmür, çünki hətta ən yağlı vasitələrin belə tərki­bində nəmlik var ki, sonuncusu buxarlanarkən dərini soyudur və o, daha da quru olur.

Əgər o qədər də güclü olmayan şaxta­da dərinin hər hansı bir hissəsi ağarıb və həssaslığını itiribsə, oranı şərf və ya əlcəklərlə ovxalamaq, evdə isə həmin hissəyə bitki və ya gənəgərçək yağı sürtmək lazımdır.

İşi bilavasitə uzun müddət açıq havada olan adamlara tərkibində minimum su olan kosmetik vasitələr­dən istifadə etmək tövsiyə olunur.

Səhər-axşam qidalandırıcı kremlərdən istifadə etmək məs­ləhət görülür (amma yenə də küçəyə çıxmazdan əvvəl sürtmək olmaz), həmçinin müntəzəm şəkildə masaj etmək də pis olmaz­dı. Payız-qış mövsümünə ən yaxşısı evdə yumurtanın sarışın­dan və kəsmikdən hazırlanmış maskalar, həmçinin minimal su tərkibli hazır kosmetik vasitələr uyğun gəlir. Yağlı dəri sahib­ləri təravətləndirici, yumşaldıcı və yarımturş maskalardan isti­fadə edə bilər.

loading...
Şərh yaz