loading...

Xanim.net Sizlərlə dadlı reseptləri bölüşməkdə davam edir. Bu dəfə Sizlərə ən dadlı peraşki reseptini təqdim edirik:

Xəmir üçün:

1 kq un
1 yumurta
2 x.q. mayonez
2x.q. xama.
1 x.q. şəkər tozu
yarım stəkan duru yağ
10 qr.quru maya

duz narın xörək duzu,
lazım olan qədər ilıq su.

İçlik üçün:

4-5 ədəd kartof
duz narın xörək duzu,
istiot.

Qızartmaq üçün lazım olan qədər duru yağ.

Hazırlanması.

Böyük bir qabın içərisinə xəmir üçün olan ərzaqlar tökülür və yumuşaq xəmir yoğurulur.

Xəmirimizi yoğurduq hazırdı, üstünü ötüb bir kənara qoyub,xəmirin gəlməsini gözləyirik.

Budur artıq xəmir 2 dəfə artıb, yəni acıyıb.Xəmiri bir də yoğururuq və qalxması üçün gözləyirik.

2-ci dəfə xəmir gəldikdən sonra əlimizi yağlayıb istədiyimiz ölçüdə kündələyirik və üstünü örtüb 5 dəqiqə gözləyirik.

Xəmir kündəyə gəlincəyə kimi içliyimizi hazırlayırıq.

Kartof soyutma bişirilir.Duz,istiot, kartofa əlavə edib qarşıdırırıq.İçliyimiz hazırdı.

İndi isə əlimizi yağlayıb xəmiri əlimizlə açıb içlik qoyub bükürük.

Hamısını bükdükdən sonra üstünü örtüb 5 dəqiqə gözləyirik.

Tavaya çox yağ töküb qızdırırıq.Sonra peraşkilərimizi bişiririk.

loading...
SHARE
Şərh yaz