Pul saymağın faydası

loading...

Alimlər stressə qarşı mübarizənin, xoşagəlməz hadisə ilə qarşılaşanda sakit və əsəbsiz qalmağın ən asan və rahat yolunu tapıblar. Bunun üçün sadəcə özünə məxsus olan pulları saymaq kifayətdir.

Minnesot Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra belə qənaətə gəliblər ki, pul saymaq insan psixikasına müsbət təsir edərək ətraf mühitdəki stress yaradacaq amillərə qarşı insanı daha dözümlü edir. Bir şərtlə ki, sayacağın pul özünə məxsus olmalıdır.

Eksperiment keçirən alimlər iki qrup insanların birincisindən 80 ədəd 100 dollarlıq əskinazı, digər qrupdan isə doğranmış adi kağızı saymağı xahiş ediblər. Sayma prosesindən sonra alimlər hər iki qrupun üzvlərindən kompüterdə topu səbətə atmaq oyununu oynamağı təklif ediblər. Əvvəlcədən oyun elə proqramlaşdırılıb ki, topu səbətə atmaq mümkün olmasın və bunun müqabilində oyunçularda gərginlik yaransın. Oyun zamanı ağılasığmaz nəticələr əldə olunub. Pul sayan qrup kompüterin bu “güc”ünə sadəcə əsəbiləşmədən heyrətləniblər. Kağız sayan qrupun nümayəndələri isə nəzərəçarpacaq dərəcədə əsəblərini cilovlaya bilməyiblər.

Alimlər ikinci bir eksperiment də aparıblar. Onlar hər iki qrupun üzvlərindən əllərini isti suya salmağı xahiş ediblər. Pul sayanların yüksək temperatura dözümlülüyü kağız sayanlardan qat-qat çox olub.

Minnesot Universitetinin alimləri bu tədqiqatlarında yalnız bir məsələni unudublar. Bəs saymağa pulu olmayanlar stressə qarşı necə mübarizə aparmalıdırlar?

loading...
SHARE
Şərh yaz