Qabığın faydası

loading...

Meyvələri və tərəvəzləri təmizləyib qabığını atmağa tələsməyin, çünki daha çox faydalı maddə onların qabığında olur.

Sitrus meyvələri

Portağalın və limonun yalnız meyvə əti deyil, həm də qabığı vitamin və antioksidləşdiricilərlə zəngindir. 1 x.q. üyüdülmüş limon qabığında C vitamininin gündəlik normasının 13%-i var. Bundan başqa limon qabığında çox sayda pektin maddəsi mövcuddur ki, onlar həm zərərli mikroorqanizmlərin uzaqlaşdırmasına imkan yaradır, həm də ki, həzm yolunun fəaliyyətini nizama salır.

Kivi

Kivinin qabığında meyvə ətindən üç dəfə daha çox antioksidləşdirici var. Bundan başqa o antiseptik xüsusiyyətlərə malikdir və mədədə zərərli bakteriyalarla mübarizə aparır.

Feyxoa

Bu qış meyvəsinin qabığında katexin və leykoantosian maddələri var. Bu bioloji aktiv maddələr onkoloji xəstəliklərin profilaktikasına kömək edən güclü antioksidləşdiricilərdir.

Nar

Narın qabığında çox aşılayıcı maddələr olduğuna görə onun qurudulmuş qabığından bağırsaqların müalicəsi üçün müxtəlif həlimlər hazırlayırlar.

Banan

Məlum olub ki, hətta bananın qabığı da faydalıdır. O mədənin nasazlığı və ya qanaxma vaxtı istifadə olunur. Göy və şişi çəkmək üçün banan qabığının iç tərəfini zədələnmiş sahəyə qoymaq lazımdır. Gün ərzində yorulmuş gözlərinizə də bu kompres xoş olacaq. Bundan başqa, əzələlərdə və oynaqlarda ağrı və bağırsaq qurdlarına qarşı əla vasitədir.

Alma

Almanı daim qabıqlı yeyərək siz özünüzü qaraciyər, sinə və bağırsaq xərçəngindən müdafiə edəcəksiniz. Tədqiqatlar nəticəsində aşkar edilib ki, alma qabığından hazırlanmış cövhər orqanizmi xərçəng hüceyrələrindən müdafiə edir.

Kartof

Cəmi iki kartofun qabığında sellülozun, kaliumun, dəmirin, sinkin və C vitamininin gündəlik norması mövcuddur. Kalium və sink ürək-damar sisteminin normal işi üçün lazımdır. Bundan başqa, kartofun qabığında vitaminlər və mineral maddələr daha çoxdur nəinki kartofun özündə.

Xiyar

Xiyarın qabığında C, B1, B2 vitamini, biotin, karotin, həmçinin kalium, kalsium, maqnezium və digər bu kimi minerallar və mikroelementlər cəmləşir. Onun tərkibində həmçinin xeyli miqdarda sellüloz var ki, o bağırsaqların funksiyasını yaxşılaşdırır, qəbizlikdən qurtarır, mikrobların artmasının qarşısını alır və bağırsaq mikroflorasını aktivləşdirir. Böyük miqdarda duzun və yod birləşmələrinin hesabına, çiy xiyarın istifadəsi maddələr mübadiləsinə müsbət təsir edir, orqanizmindən zəhərlərin çıxarılmasına imkan yaradır, vaxtından əvvəl qocalmanın və onkoloji xəstəliklərin inkişafının qarşısını alır.

Ehtiyatlı olun!
Qabığın bütün xeyirli təsirindən başqa bir çox əks təsiridə var. O xarici mühitin bütün zəhərlərini süngər kimi özünə çəkir.

Qabığın sizin orqanizminizə yalnız faydalı maddələrlə təsir etməyində tam əmin olmaq üçün ya orqanik məhsullar əldə etmək, ya da ki, özünüz yetişdirdiyiniz məhsullardan istifadə etmək lazımdır.

loading...
Şərh yaz