loading...

Gözlər qəlbinizin aynası olduğu kimi ayaqlarınız da sağlamlığınız haqqında bir çox məlumat verə biləcək orqandır. Ənənəvi çin təbabətinin nümayəndələri əmindirlər ki, bizim ayaqlarımızda bir çox orqanların reflektor zonaları yerləşir. Başqa sözlə ayaqların vəziyyətinə əsasən daxili orqanların sağlamlığını təyin etmək olar.

Ehtimala görə belə zonalar 60- dan çoxdur. Onların yerini əzbər bilmək lazım deyil. Sadəcə müəyyən təsəvvürə malik olmaq kifayətdir.

Ayaqları cütlədikdə o, stulda oturmuş insanı xatırladır.

  • baş barmaqlar baş, pənənin ön hissəsi bədənin yuxarısını ( ağciyər, ürək) xatırladır.
  • ürək zonsı sol ayağın ön hissəsində yerləşir. Ona görə də yaşlı insanlarda ürək tutmasından bir-iki gün əvvəl sol ayaq ağrıları rast gəlinir.
  • orta hissə bədənə uyğun olaraq daxili orqanların göstəricisidir. Daban hissə çanaq və cinsi orqanlarla əlaqəlidir.
  • pəncənin ayağa qalxan hissəsi bütünlüklə onurğa beynini əks etdirir
  • barmaqların dırnaq yastıqcıqları alın və haymor cibləri ilə əlaqəlidir. Ona görə ayaqların azacıq üşüməsi zökəm və başağrısına səbəb olur.
  • aktiv görmə və gözlərlə əlaqəli zona ikinci və üçüncü barmaq qatlanacaqlarında yerləşir.
    Daxili orqanların hər hansı birində dəyişiklik olduqda ayaqlarda sıxdıqda ağrı və sancı olur. Bu sancılar orqana diqqət etməyin lazım olduğuna işarədir.
  • Rəng. Sağlam insanın ayağı ağ, daxildən qırmızı olmalıdır. Daxili orqanlarda dəyişiklik zamanı o da dəyişir. Tünd- bənövşəyi rəng baş barmaqda olduqda beyin damarlarının problemindən xəbər verir. Tromboz və ya beynə qan sızmaya işarə ola bilər. Ayaqların qızarması ümumi yorğunluq və ürək-qan-damar sistemi xəstəliyindən xəbər verir. Sarımtıl dəri qaraciyərin işindəki problemləri, ağ rəng anemiyanın olmasını göstərir. Yaşılımtıl rəng isə SOS siqnaldır. Təcili olaraq şiş hüceyrələrinin olub-olmaması yoxlanmalıdır.
  • Çökəklər, batıqlar. Adətən cərrahi müdaxilə ilə hər hansı orqan götürüldükdə ona uyğun sahədə çökəklik meydana çıxır. Hər hansı orqanın funksiyası zəiflədikdə ona müvafiq sahədə ayaq dərisinin çökdüyünü və əzələ yığılmasını müşahidə etmək olar.
  • Mozol. Adətən uzun müddət ayaq üstə durduqda və yeridikdə dəri qalınlaşmaları- mozol əmələ gəlir. Ancaq təkcə dar ayaqqabı mozola səbəb deyil. Çiyin nahiyəsinə uyğun hissədəki mozol çiyin iltihabından xəbər verə bilər. Ağciyər və bronxların nahiyəsindəki mazol bu orqanların iltihabına işarə ola bilər.
  • çeçələ barmağın bayır tərəfindəki mozol varsa, artıq siqareti atmaq vaxtıdır.
  • baş barmağın altındakı mozol osteoxondroz, barmağın mərkəzinə yaxın mozol burun və ağız boşluğu problemlərindən, bir qədər aşağıda olması isə boğaz və səs telləri xəstəliklərinə işarədir.
  • ikinci barmağın altındakı mozol qan dövriyyəsi ilə bağlı problemə işarədir
  • orta barmaq mozolu limfa sistemindəki iltihabdan xəbər verir
  • dördüncü barmağın altındakı mozol respirator orqan xəstəliklərinə dəlalət edir.
  • çeçələ barmaq altındakı mozol sidik saxlamama və ya əksinə mayenin gecikməsi və şişməyə işarə ola bilər.
  • dabandakı mozol düz bağırsağın işindəki problemə, qadınlarda isə uşaqlıq funksiyalarının pozulmasına işarədir.
  • daban ətrafındakı qalınlaşmalar damarlarda problemlər başladığına işarədir
  • dabanın üstündə- arxadan çıxan sümüyün üstü nəzərdə tutulur- kun-lun adlanan mühüm bioloji aktiv nöqtə hesab olunur, ürək və damarlar, böyrəküstü vəz və hipofizə təsir edir. Bu hissədəki mozollar damar xəstəlikləri və təzyiqlə bağlı problemlərə səbəb olur.
  • Dərialtı toxumaların strukturunun dəyişməsi. Birləşdirici toxuma və piy toxumasının dəyişməsi problemlərin olmasından xəbər verir. Qabarcıq, yaralar, bərkimiş və ya əksinə şişkinliklər (onları barmaqla müəyyən etmək olar) müvafiq sahələrdə olması həmin orqanların problemlərindən xəbər verir.
  • Dəri örtüyünün vəziyyəti
  • həmişə nəm və tərləyən , soyuq pəncə qalxanabənzər vəzin funksiyasının pozulması və kalsium çatışmazlığından xəbər verir.
  • yanan və quru ayaqlar hipertoniya, ateroskleroz və termorequlyasiyanın pozulmasından xəbər verir.
  • ayaq altında quru və zədəli dərinin olması orqanizmdə A və B qrup vitaminlərin çatışmazlığından və bədənin ümumi enerji israfından xəbər verir.
  • ayağın ümumi dərisinin kobudlaşması maddələr mübadiləsinin pozulması və xroniki endokrin xəstəliklərdən xəbər verir.
  • Dırnaq yastıqcıqlarının vəziyyəti. Ayaq dırnaqlarının qalınlaşması əsasən kalsium sorulmasının zəifləməsi, kalsiumun ümumi çatışmazlığı, gizli osteoporez, sümük zəifliyinin işarəsi ola bilər. Dırnaqların belə dəyişkənliyi çox qısa müddət ərzində meydana çıxa bilər. Əsasən klimaks keçirən qadınlarda daha çox rast gəlinir.
loading...
SHARE
Şərh yaz