Qadın hüquqlarının qəribə məhdudiyyəti

loading...

Səudiyyə Ərəbistanında qadınlar hakimiyyətin onlara sürücülük vəsiqəsini vermədiyi üçün etiraz əlaməti olaraq sükan arxasına oturdular. Beləliklə, onlar yalnız çoxdankı məhdudiyyətlərə deyil, həm də gender əlamətlərinə əsaslanan bütün qanun sisteminə öz etirazlarını bildirdilər. Səudiyyə Ərəbistanı bu mənada ən sərt ölkə hesab edilir. Lakin bir tədqiqata əsasən, dünyada bir neçə ölkə var ki, qadınların hüquqları burada daha çox məhdudlaşır.

Ümumdünya iqtisadi forumu, hər il cinsiyyət bərabərsizliyinə görə ölkələrin reytinqini dərc edir. 2013-cü ildə Səudiyyə Ərəbistanı sondan 10-cu olub, ondan sonra Mali, Mərakeş, İran, Kot-d’İvuar, Mavritaniya, Suriya, Çad, Pakistan və Yəmən gəlir. Qadın hüquqlarının sıxışdırılması Şimali və Qərbi Afrika və ya Yaxın Şərqlə məhdudlaşmır, hərçənd biz daha çox məhz oradan belə hekayələri eşidirik.

Yaxın Şərq və Şimali Afrika qadınlarının hüquqlarının tədqiqatçısı olan Rotna Bequm deyir ki: “Bu sferada böyük miqdarda və çox ciddi problem artıq çoxdan mövcud olan hüquq sistemlərinə əsaslanır”. Ancaq o həmçinin hesab edir ki, bu məsələdə yenə də hansısa “müasirləşmə” gedir.

Sizə dünyanın müxtəlif yerlərində qüvvədə olan qadın hüquqlarının ən qəribə məhdudiyyətlərini təqdim edirik.

  • Hindistan. 
    • Yollarda təhlükəsizlik qaydaları qadınlara aid edilmir. Yollarda təhlükəsizlik qaydaları Hindistanın bəzi rayonlarında qadınlara şamil edilmir. Məsələn, qadınlar motosikletdə hərəkət edərkən dəbilqəni geyməyə məcbur deyil. Qadın hüquqlarının müdafiəçiləri iddia edirlər ki, bu qadın həyatının ucuzlaşmasına görə belə olur. Qanun müdafiəçiləri isə bu məsələni sadəcə qadınların saç düzümünə və makiyaja qayğı baxımından izah edir.
  • Yəmən. 
    • Qadın dəyərli şahid hesab edilmir. Yəmənin hüquq şahidliyinin siyasətinə əsasən, qadın məhkəmədə dəyərli şahid hesab edilə bilməz. Qadının şahid ifadələri kişinin ifadəsi ilə təsdiq edilməmişdirsə, bu zaman ona ciddi yanaşılmır. Həmçinin qadın yoldaşının xəyanət, böhtan, oğurluq və ya homoseksualizm hadisələrinə də şahidlik etmək hüquqlarına malik deyil.
  • Səudiyyə Ərəbistanı və Vatikan. 
    • Qadınlar hələ də səs vermək hüququna malik deyil. Təəccüblü olsa da, bu həqiqətən belədir.
  • Ekvador.
    • Abort “xəstə və dəlilərdən” başqa hər kəsə qadağan edilib. Ekvador abortun “psixi naxoş” insanlardan başqa hər kəsə qadağa olduğu ölkədir.
  • Səudiyyə Ərəbistanı və Mərakeş.
    • Zorakılıq qurbanlarının özləri cinayətdə ittiham edilə bilərlər. Bir çox ölkələr zorakılıq qurbanlarını müdafiə etmir. Bəzi ölkələr isə hətta zorakılıq qurbanı olmuş qadınları cəzalandırırlar ki, onlar kişi müşayiəti olmadan evi tərk ediblər, yad kişi ilə təklikdə qalıblar və s.
  • Yəmən.
    • Qadın ərinin icazəsi olmadan evi tərk edə bilməz. Lakin əgər qadın öz xəstə valideynlərinin qayğısına qalmaq üçün evi tərk edirsə, bu zaman qadağa ləğv olunur.
  • Səudiyyə Ərəbistan. Qadınların nəqliyyatı idarə etmək hüququ yoxdur.
loading...
Şərh yaz