loading...

Maraqlıdır, niyə illər keçdikdən sonra kişi və qadın arasındakı münasibətlər sıx olmaq əvəzinə daha da pisləşməyə başlayır. Axı əgər siz öz həyatınızın hansısa bir aspektinə daim güc, vaxt, diqqət ayırırsınızsa o yaxşılığa doğru inkişaf etməlidir. Amma nədənsə tam tərsinə olur,  illər keçdikcə həyata keçirilməmiş arzuların məyusluğu, ümidlərin acı çöküntüsünü yaradır.

Bu iki səbəbdən olur:

  • Birincisi, siz sadəcə olaraq münasibətinizi və ailə həyatınızı bərkitmək üçün az vaxt, güc, diqqət ayırırsınız və ya bir çox cütlüklər kimi heç onun əhəmiyyətini anlamırsız ki, nəticədə də tez-tez bu cür hallar baş verir. – Bəli, məhz münasibətlərinizi inkişaf etdirmək və bərkitmək üçün hər gün, heç olmasa yarım saat vaxtınızı və diqqətinizi ona ayırmağınız lazımdır.
  • İkincisi, kişi və qadın münasibətlərinin illərlə pisləşməyə başlamasının səbəblərindən biri valideyn propoqandalarından ibarət olur, hansıları ki, uşaqlıqdan mənimsəyirlər. Axı uşaq üçün valideynlər – nüfuzdur və o valideynlərinin fikirlərini avtomatik olaraq canına çəkir və öz şüuraltına, həyat tərzinə yazır. Müəyyən yaşa gəldikdə eyni ilə valideyləri kimi yaşamağa başlayırlar.

Münasibətinizə bir də bu prizmadan yanaşın:

  • İlk növbədə ailə həyatının xoşbəxt olmasını, sənə və ailə üzvlərinə sevinc gətirməsini istəyirsənsə müsabiətinizə diqqət ayırmalısınız. Həyat yoldaşını seçərkən onun çatışmazlıqlarını  görüb düzəldə biləcəyini düşünürsənsə yanılırsan. Anlamalısan ki, onunla bir həyat paylaşmaq istiyirsənsə onu olduğu kimi qəbul etməlisən.
  • İkincisi, bağışlamağı öyrənin. Yalnız, partnyorunuzu deyil, həm də özünüzü, sizi əhatə edən insanları bağışlamağı öyrənin.
  • Üçüncüsü, qulaq asmağı öyrənin.
  • Dördüncüsü, idarə etmək  arzusundan qurtulun. Bir-birinə boş vaxtı və şəxsi həyatını yaşamağa imkan verin. Hər bir insana, sözün yaxşı mənasında tənhalıq hava kimi lazımdır. Bir-biri ilə ürək bulanması və qıcıqlanma vəziyyətinə qədər olmaq lazım deyil.
  • Beşincisi, yalnız  ikilikdə vaxt keçirin və xatırlayın ki, uşaqlar böyüyəcəklər valideynlər başqa dünyalara gedəcəklər, dostlarında öz ailələri var. Siz bir biriniz üçün daha əsassız.
  • Altıncısı, bir birinizi dəstəkləyin və bir hədəfə vurmağa  cəhd edin.
  • Yeddincisi, heç vaxt, nə olursa olsun, başqalarının yanında onu ittiham etməyin.
loading...
SHARE
Şərh yaz