Qadın sağlamlığı üçün təhlükə mənbəyi: Botoks!

loading...

Üz dərisinin dartılması üçün istifadə olunan botoks preparatı sağlamlığa ciddi ziyan vura bilər.

Yayılan məlumata görə, botoksdan istifadə görmə qabiliyyəti və baş beyin üçün təhlükəlidir. Bu barədə “Daily Mail” qəzeti xəbər yayıb.

Bu sahədə aparılan araşdırmalardan birinə görə, 2014-cü ildə Britaniyada 32 adam botoksdan sonra kor olmuşdur. Bu cavanlaşdırma preparatı azı dörd pasiyentdə insult və beyinin zədələnməsi ilə nəticələnmişdir. Maraqlıdır ki, bu, botoksun kənar təsiri barədə ilk məlumat deyildir.

Bu preparat üzdə emosiyalar ifadə etmək imkanını məhdudlaşdırır, sinirlərin beyinlə əlaqəsini zəiflədir.
Nəticədə, insanın hiss edəcəyi duyğular spektrinə mütləq təsir göstərir. Həmin səbəbdən insan özünü xoşbəxt hiss edə bilmir.

loading...
Şərh yaz