Qadınla kişinin dostluğu…

loading...

Qadınlar və kişilər… Tamam ayrı iki dünyanın iki ruhu… Yaxşı, bu ayrı dünyaların möhkəm əlaqələr qurduğunu düşünsək, amma bunu yalnız “dostluq” çərçivəsində etməyə çalışsaq, nəticə nə olardı, sizcə?

Bir qadınla bir kişinin çox möhkəm dostluq qurması mümkündürmü?

Cavab: bir az bəli, bir az xeyr… Qadın psixologiyası üzrə mütəxəssislər qadınların kişilərlə qurduqları əlaqələrlə bağlı araşdırmalar aparıb. Donovan və Sanford “Qadınlar və şəxsi ləyaqət hissi” (Women and Self-Esteem) adlı kitabında qadınların bir-biri ilə qurduğu əlaqələrə, qadınla və kişinin dost olub-ola bilməyəcəyinə və kişilərin bu vəziyyətə baxışına toxunublar.

Qadınlar arasındakı əlaqələrin təməli uşaqlıqda qoyulur. O dövrdə ümumiyyətlə, qızlar bəyəndiklərini bir-birlərinə göstərərlər. Ancaq yetkinlik dövründəki bəzi fiziki və psixoloji dəyişikliklər “qadın” mənliyinin ortaya çıxmasını təmin edərkən, gənc qızların bir-birlərinə göstərdikləri bəyənməni kişi bəyənməsinə çevirər. Artıq qadınlar arasındakı söhbətlərin mövzusu “kişi dostlar” olmağa başlar.

Bir qadının yaxın ətrafını yalnız rəfiqələr və “seçilən bir kişi” olaraq görmək əlbəttə, qeyri-mümkündür. Məktəb həyatı və daha sonrakı iş mühiti qadını bir çox kişi ilə qarşılıqlı əlaqə qurmağa yönəldər. Bəzi qadınlar bir-birindən fərqli kişilərin yaratdığı mühitdən kişi yoldaş seçmək meylində ola bilər. Ancaq “Qadınlar və şəxsi ləyaqət hissi” kitabında bu meyldə olan qadınların qadın-kişi  dostluğu qurmaq istədikdə bir çox çətinliyin ortaya çıxa biləcəyinə diqqət çəkilib.

Niyə  qadın-kişi dostluğu qurmaq çətindir?

Qadınlarla kişilər arasında dostluq qurulmasını çətinləşdirən ən əhəmiyyətli səbəblərdən biri qadınların və kişilərin “dostluq” anlayışına yüklədiyi mənaların fərqliliyidir. Qadına görə, dostluq hislərin bölüşdürülməsini ifadə edərkən, kişilər üçün ortaq bir iş görməkdir. Məsələn, bir kişi futbol, ya da bilyard oynadığı birini dost kimi görərkən, qadın bir mövzu haqqında saatlarla fikir yürüdüb, müzakirə edə bildiyi birini dost görər.

Bundan başqa, cinslərin ictimai rollarının da dostluğun formalaşmasına əhəmiyyətli təsiri var. Qadınlar dost gördükləri kəslərlə yaxın təmasda olmaq,  qucaqlaşmaq, sevincini və kədərini bölüşmək istəyərlər. Halbuki, kişilər qadın dostlarına toxunarkən özlərini rahat hiss etmədiklərini dilə gətiriblər.

Kişilərin daha çox cinsi əlaqədə olmaq istədikləri qadınlara qarşı fiziki və sözlü təmasda olmağa meylli olduqları da kitabın araşdırma mövzusu olub. Bundan başqa, “dostluq” çərçivəsində kişilərin qadınlarla etdikləri sözlü ünsiyyətdə qadınların danışıq tərzlərini özlərinə yaxın bilmədikləri və buna görə də qadınlarla dostluq qurmağa könülsüz yanaşdıqları deyilə bilər.

Dostluq əslində gündəlik həyatda tez-tez istifadə edilən söz olsa da, qadınlarla kişilər üçün fərqli məna daşıyır. Cinsi təsirləri nəzərə almadan ideal dostluğun bərabər səviyyə və ortaq həyata bağlı olduğu deyilə bilər. Ancaq qadın və kişi bu mühitə daxil olduğu zaman vəziyyət fərqli hal alar. Qadın-kişi münasibətləri sağlam ünsiyyətlə dəstəkləndiyi zaman onların arasında həqiqi dostluğun yaranması mümkündür.

//Aile.lent.az

loading...
Şərh yaz