loading...

Qısqanclıq hər beşinci boşanmanın səbəbidir. Psixoloq və psixoterapevtlər müraciətlırin hər üçüncüsünün səbəbinin qısqanclıq olduğunu bildirirlər. O, münasibətlərimizə bizim iradəmizdən kənar daxil olur. Bir də görürük ki, sevgimizə ehtiras və sevgi qatan birisi əvvəlcə dalaşqana, sonra isə Şekspirin yazdığı kimi “yaşılgöz əjdaha”ya çevrilir. Gəlin, qısqanclıq nədir və onun arxasında nə gizlənir mövzusunu araşdıraq.

 Qısqanclıq oyun kimi

” Sən məni heç qısqanmırsan?” – nə vaxtsa bu cümləni eşitmisinizmi? Süni naz və əda ilə atılan bu replika qarşı tərəfi balaca bir tamaşa oynamağa çağırır. Bu, özünün hələ də sevimli və istənilən olmasını sübut etmək üçündür. Bu kateqoriyadan olan digər danışılanlar sırasına sizinlə marketdə tanış olmaq istəyən biri olması və kolleqaların yeni paltarınıza necə komplement deməsi ola bilər. Bir-birinə etibarın hökm sürdüyü münasibətlərdə qısqanclıq bir oyun elementi, incə qığılcım, bir-birinizə hələ də dəyərli və cazibədar olduğunuzun göstəricisidir. Bu halda qısqanclığın öhdəsindən gəlmək barədə söhbət getmir: lazımi miqdarda o, zəhər deyil, dərmandır və yalnız xeyri var.
 Qısqanclıq dialoqa çağırış kimi
Bəzən qısqanclıq ” incəldiyi yerdən qopar” prinsipi ilə meydana çıxır. Uzun müddət ərzində müzakirə olunmadan yığılan incikliklər formasını dəyişərək qısqanclıqla əlaqəsi olmadan qısqanclıq şəklində biruzə verir. Bu halda əslində şübhə üçün heç bir səbəb olmasa da ” bu dostluğundakı kimdir?”, “bu vaxt sənə zəng edən kimdir?” kimi suallar meydana çıxır və böyük mübahisəyə səbəb olur. Bu halda qısqanclığın öhdəsindən necə gəlim sualı əvəzinə “məni əsl narahat edən şey nədir? ” sualına cavab vermək lazımdır. Mübahisələrin kökü haradan gəlir? Bəlkə əsl səbəb qısqanclıq deyil, bir-birimizi dinləməməyimiz, sevdiyimizin artıq bizim fikirlərimizlə maraqlanmaması, hələ də sonuncu mübahisəyə görə əziyyət çəkməyimiz və ya səmimi dialoqa ehtiyac duymağımız ola bilər. Öldürücü qısqanclıq qığılcımlarının əsl səbəbini tapmağa cəhd edin. Bir çox hallarda o, çarəsiz diqqət və etibar istəyindən irəli gəlir.
Qısqanclıq təşəbbüs kimi

Bəzi hallarda qısqanclıq o qədər güclənir ki, xəyanətə səbəb olur. Belə bir lətifə var: ” Qısqanc ər düşünür: “öyrənsəm-öldürəcəm”. Qısqanc qadın düşünür: ” öldürsəm də  öyrənəcəm”. Qısqanclıq kişilər qədər qadınlara da xas olduğunu deməliyik. Ancaq bu lətifə qısqanclıqdan doğa biləcək hadisələrin səbəbkarı ola biləcəyini aşkar göstərir. Özünüz təsəvvür edin: qadının isterikasından bezmiş kişi görür ki, o şərtsiz həmişə günahkardır, münasibətlər göz önündə məhv olur, bu halda xəyanətə meyl daha da güclənir. Bu halda yalnız kişini günahlandırmaq haqsızlıq olardı.

Qısqanclıq əlamət kimi

Qısqanclıq müvəqqəti haldan xroniki hala keçdikdə dözülməz olur. Əgər siz saatlarla sevgilinizin şəklini layk edən sarışınları axtarırsınızsa, gizlincə telefona gələn mesajlara baxırsınızsa, hər keçən qızda rəqib görürsünüzsə, deməli artıq münasibətlərinizə nə baş verdiyi haqda ciddi düşünmək vaxtı gəlib çatıb. Müntəzəm baş verən qısqanclığı normal hesab etmək dərindən səhvdir. İdeal halda öz narahatlığının öhdəsindən gəlmək üçün psixoloqa müraciət etmək lazımdır. Lakin müstəqil şəkildə müəyyən tədbirlər görmək vacibdir.

Birinci növbədə qısqanclıqla mübarizə aparmaq üçün öz hisslərinizi diqqətlə nəzərdən keçirməlisiniz. Qısqanclığın bir çox formaları var. O, çox cəhətlidir. Özünüzə sual verin: mən nə hiss edirəm? Həyəcan? Qorxu? İnamsızlıq? Niyə bu hisslər məndən əl çəkmir? Əgər siz özünüzlə səmimi olsanız, qısqanclıq hisslərinizin haradan qaynaqlandığını tapa biləcəksiniz. Bəlkə də aşkar edəcəksiniz ki, qısqanclığınızın arxasında tənhalıq qorxusu, eqoizm, özünüzə inamsızlıq, özünüzü başqalarından əskik hiss etməyiniz, partnyorunuza layiq olmadığınızı düşünməyiniz dayanır. Bəlkə sizi başqa cütlərin və ya valideynlərinizin ailəsinin xəyanət səbəbindən dağılması narahat edir. Siz şüuraltı olaraq əminsiniz ki, sevgidə xəyanət qaçılmazdır və qısqanclıqla münasibətlərinizi dağılmaqdan qorumaq istəyirsiniz. Ola bilsin həyatınızda artıq xəyanət baş vermişdir və bu halda qısqanclıq qarşı tərəfə etibar etməkdə çətinliyin olmasının göstəricisi ola bilər. Nə olur olsun, siz öz qısqanclığınızın üzərində işləməlisiniz. Unutmayın ki, qısqanclıq irrasionaldır, təhlükəli və sərtdir. Ancaq bunu dəyişmək sizin əlinizdədir. Bu əjdahanı tabe etməsəniz o sizi ağuşuna alacaq.

loading...
SHARE
Şərh yaz