loading...

Şəxsi sağlamlığına və görünüşünə laqeyd olmayan qadınlar çox vaxt onların istifadə etdikləri məhsulların kişilərin istifadə etdiklərindən fərqli olduğu haqda düşünürlər. Diyetoloqlar həmçinin iddia edirlər ki, zərif cinsin qida ehtiyacları daha çox spesifikdir. Sizə qadınlar üçün ən faydalı məhsulları təqdim edirik.

Brokkoli

Kələmkimilər ailəsindən olan bu bitki məhz qadın orqanizmi üçün çox xeyirlidir, çünki onun tərkibində folio turşusunun duzları və B qrupunun vitaminləri var. Bu maddələr dezoksiribinuklein turşusunu müdafiə edir, zülalların sintezində və yeni hüceyrələrin yaranmasında iştirak edirlər və deməli, qırışların da yaranmasının qarşısını almış olurlar. Brokkolinin faydalı maddələri orqanizmi kanserogen maddələrdən və zəhərlərdən azad etməyə imkan yaradır və xərçəng şişlərinin inkişafını dayandıra bilir.

Pomidor

Pomidorun tərkibində ilk öncə qadınlar üçün faydalı xeyli miqdarda antioksidləşdirici var. Bu kimyəvi birləşmələr bir sıra xəstəliklərdən qoruyur və zərif cinsdə süd vəzisinin xərçənginin yaranmasının qarşısını alır. Bundan başqa bu tərəvəz xolesterini parçalayır və orqanizimdən çıxardır, bununla da təzyiqi aşağı salır.

Dəniz balığı

Dəniz məhsulları zərif cinsin hər bir nümayəndəsi üçün faydalıdır, xüsusilə də balıq. Məhz dəniz balığı əsəb sistemini bərkitməyə və payız və ya doğuş sonrası depressiya ilə effektiv mübarizə aparmağa kömək edir. Bundan başqa qızıl balıq qadın fiqurasının formalaşması, dərinin cavan qalması və menstruasiya dövrünün müntəzəmliyi üçün cavabdeh olan estrogenin artmasına imkan yaradır.

Qoz

Qoz aclıq hissini yox edir və çəkini kontrolda saxlayır. Bu məhsulun daimi istifadəsi orqanizmi sinə xərçənginin yaranmasından qoruyur, mədənin turşluq dərəcəsini aşağı salır və qadının sidik-tənasül sistemini bərkidir. Yeri gəlmişkən, həkimlər sonsuzluqdan əziyyət çəkən qadınlara da qoz yeməyi məsləhət görürlər.

Mərcanı

Qadınlar üçün ən faydalı məhsulları araşdıraraq, mərcanını da qeyd etmək lazımdır. Böyük miqdarda antioksidləşdiricilərin sayəsində bu giləmeyvə sidik-tənasül sistemini yaxşılaşdırır, respirator infeksiyalarının və şişlərin yaranmasının qarşısını alaraq qadın orqanizmi üçün güclü dezinfeksiya edən və sətəlcəmə qarşı xüsusiyyətlərə malikdir. Bundan başqa bu məhsulda olan antioksidləşdiricilər və C vitamini oksigenin qeyri-stabil molekullarını məhv edərək cavanlığı uzada bilirlər. Mərcanı şirəsi sidikqovan vasitə kimi istifadə olunur.

Paxla

Qadınlar istənilən pəhriz vaxtı rasionuna paxla daxil edə bilərlər, xüsusilə də noxud və ya mərci (mərcimək). Bu məhsulların tərkibində xeyli miqdarda sellüloz var və demək olar ki, yağ yoxdur. Bundan başqa, paxla aclıq hissini də yox edir. Tərkibində çox kalium və folio turşusu olan bu məhsul, qanı təmizləyir, ürək xəstəliklərinin qarşısını alır və bağırsaq xərçəngindən müdafiə edir. Bu məhsulda olan manqanın sayəsində isə dırnaqları və saçları bərkitmək olar.

Qırmızı ət (qoyun əti)

Hər bir seksual olmağa və kişilərin baxışlarını cəlb etməyə çalışan qadın qoyun ətindən istifadə etməlidir. Məhsulda sinkin və manqanın mövcudluğu zərif cinsin nümayəndələrinin şəhvaniyyətini dəstəkləyən testosteronun artmasına imkan yaradır.

loading...
Şərh yaz