loading...

Münasibətlər sahəsində müxtəlif tədqiqatların nəticələrini öyrənib, alimlər zərif cinsin davranışının və xarici görünüşünün hansı xüsusiyyətlərinin kişilərdə marağa səbəb olduğunu aydınlaşdırdılar.

Mülayim nevrotizm

Qadınlar kişilərdən daha çox emosional dayanıqsızlığın və həyəcanlılığın təzahürlərinə meylli olurlar.

Tədqiqatlar göstərdi ki, yüksək nevrotizm səviyyəsinə malik qadınlar öz münasibətlərindən daha az razıdır.

Lakin bəzi alimlər fərz edirlər ki, zərif cinsin lazımi dərəcədə narahatlı nümayəndələri kişiləri cəlb edə bilərlər, çünki onlar belə qadınlara öz uşaqlarının qayğısına qalan yaxşı ana kimi baxırlar.

Qırmızı geyim

Hər kəs bilir ki, qırmızı rəng ehtiras, erotika və romantika ilə assosiasiya edilir. Tədqiqatçılar hesab edirlər ki, qırmızı rəng həqiqətən kişilərdə qadınlara böyük meyl hiss oyadır.

Kişilərin qırmızı rəngə reaksiyası dərin bioloji əsaslara malikdir. Məsələn əks cinsin cəlb edilməsi üçün primatlar məhz qırmızı rəngdən istifadə edirlər.

Belin və ombaların nisbəti

Qadınlarda bel və omba həcmlərinin mükəmməl nisbətinin əmsalı sayılan 0,7 sehirli rəqəm mövcuddur. Hesab edilir ki, belə qadınlar avropalı kişiləri daha çox cəlb edirlər. 0,7 bildirir ki, qadının belinin çevrəsi ombaların çevrəsinin 70%-ni təşkil edir.

Başqa mədəniyyətlərdə bu əmsal kişilərin üstünlüyünü nəzərə alaraq 0,6-0,8 arası dəyişə bilər.

Təkamül nöqteyi-nəzərindən indeks 0,6-dan az olarsa, bu zaman qadının dünyaya uşaq gətirə bilməməsinə işarə verir, indeks 0,8-dən çox olarsa bu artıq çəkiylə doğurulmuş mayalanmada çətinliklərə şahidlik edir.

Böyük gözlər və mütənasib ağız

Böyük gözlər praktiki olaraq bütün millətlərdə cazibədarlıq əlaməti hesab edilir. Səbəb ondadır ki, iri gözlər həm qadınlıq indikatoru kimi xidmət edir, həm də sağlamlığa və reproduktiv funksiyaya işarə edir.

Fiziki cazibədarlığı öyrənən tədqiqatlara əsasən kişilər üz səviyyəsinin 50%-ni təşkil edən qadın ağzını mükəmməl hesab edirlər.

Gözəl bədən

2010-cu ildə bir sıra psixoloqlar öz sınaqları əsasında belə bir nəticəyə gəldilər ki, kişilər qısa müddətli münasibətlər üçün partnyor axtarışlarında daha çox gözəl bədəni olan qadınlara diqqət edirlər.

Yumşaqlıq və dərdə şərik olma qabiliyyəti

Bir sıra tədqiqatlar göstərir ki, müasir dünyada kişilər yumşaq xarakterli humanist qadınları daha cazibədar hesab edirlər.

Ovulyasiya

Bir çox elmi araşdırmalar potensial partnyorun reproduktiv statusu haqqında işarə verən orqanizmdə ayrılan kimyəvi maddələrin geniş diapazonunu tanımaq qabiliyyətini sübut edir. Bu səbəbdən kişilər məhz ovulyasiya dövründə olan qadınların qoxusuna üstünlük verir və məhz onlarla yaxınlaşmağa çalışırlar.

Özünü qurban vermək qabiliyyəti

Tədqiqatlar göstərir ki, romantik qadınlar kişilərdən daha çox xeyriyyəçiliyə meylli olur.

Kişiyə hörmət

Ailə münasibətlərini öyrənən ekspertlər bildirdi ki, daim bir-birinə diqqət və qayğı göstərən, hörmət edən partnyorlar münasibətlərindən daha çox məmnun olurlar.

Üz

Əgər kişinin fikri ciddidirsə və o uzunmüddətli münasibət qurmaq istəyirsə, bu zaman onun diqqəti əsasən qadının üzündə cəmləşir.

Ostində Texas Universitetinin tədqiqatçıları hesab edirlər ki, uzunmüddətli cütləşmə strategiyası ümidi ilə 75% kişi üçün üzün qadının cazibədarlığı əsas rol oynayır.

Kinsi İnstitutunun tədqiqatçıları isə seks zamanı kişilərin ilk növbədə partnyorun üzünə baxmağa meylli olduğunu bildirir.

loading...
SHARE
Şərh yaz