Qadınları cəzbedən 8 maddə

Bu ilki sevgililər gününü tənha keçirdiniz? Gələn il üçün sizə 8 qızıl qaydanı izah edirik.
  1. Suallar verin.
    Yeməkdən sonra gününün necə keçdiyi barədə və nələr hissetdiyi barədə suallar verin.
  2. Sualların limitini qoruyun.
    Əlbəttə sizinlə münasibəti xoş edəcək suallardan daha artıq sual yersizdir. Odur ki, daha artıq sual verməyin. Hər şey ilə çox maraqlanan kişi qorxu hissi yarada bilər. Onun maraqlandığı mövzulardan bəhs edin və xoş sözlər söyləyin.
  3. Zəng edin.
    Görüşdüyünüz günün sabahı mütləq əlaqə yaradın. Heç olmasa bir kişi olaraq 300 simvol ilə duyğularınızdan bəhs edin fəqət hamısından deyil. Hər zaman maraq dairəsi yaradın. Qətiyyən şablon smslər yazmayın. Duyğularınızdan sonra 😉 (smaylik) işarələrindən uzaq durun. Ciddiyət üçün bu vacibdir.
  4. Xəsis olmayın.
    Görüşdüyünüz zaman taksi pulunu verərkən, kinoya bilet alarkən və ya yemək yeyərkən çalışın pulu dərhal ödəyin və elə tənzimləyin ki, Sizə geri veriləcək xırda pul üçün gözləməyəsiniz. Restorandan sonra geri qalmış dəmir qalıqları qətiyyən götürməyin və əksinə az da olsa xidmət göstərənə bəxşiş verin.
  5. Çantasını daşıyın.
    Xanımın çantasını daşımaq olar? Əlbəttə olar. Belə deməyin. Dünya dağılmaz! Ağır isə və əlində müəyyən yük varsa köməklik göstərib çantasını daşıyın. Əlbəttə Sizə çantasını vermək istəməyəcəkdir. Bu Sizin qayğıkeş olduğunuzu göstərir.
  6. İlk ona yol verin.
    Necə deyərlər ilk öncə xanımlar. Yolda yeriyərkən səkinin yol tərəfində siz yeriyin. Bir yerdən keçmək ehtiyacı olarsa yol verin və onu gözləyin. Restorana daxil olarkən yol göstərin. Bu nümunələri əlbəttə artırmaq olar.
  7. Bunları qətiyyən etməyin.
    İctimai yerlərdə bu hərəkətlərdən uzaq durmaq lazımdır. Bu xanımınıza verdiyiniz mənəvi dəyərin də göstəricisidir. Əl-ələ gəzərkən əsla barmaqları iç-içə keçirib əlini sıxıb gəzməyin. Qısa bir müddət sonra əlin içi tərlədiyində bu xoş olmayacaqdır. Ehtiras duyğularınızı göstərən bütün hər hərəkətdən uzaq olun. Əl-qol zarafatları etməyin.
  8. Bunları ürəkdən edin.
    Bir qadın yaxınlıq, səmimilik və eyni zamanda vücuduna hakim olan kişi istər. Xoş, gözəl və yadda qalan hadisələrdən söhbətlər edən və ona bütün varlığını vermək istəyən kişini daha çox arzu edərlər.
loading...
Şərh yaz