saç düzümləri
loading...

Bu məqalədə qadınların hiperfunksionallığının onların həyatına necə mane olması barədə danışacağıq.

– mən həyətimizdə yenicə qazılmış quyuya girib qonşu oğlanı gözləyirdim. Anton gəldi və oraya tullandı, biz söhbət etməyə başladıq. Bu an quyunun divarında balaca bir hörümçək peyda oldu. Mən hörümçəkdən dəhşət qorxuram, barmağımı uzatdım ki, onu öldürüm, sanki nə isə məni saxladı.

– mən qorxuram, hörümçək! dedim

Anton əlini uzatdı və hörümçəyi öldürdü. O vaxt mənim 3 yaşım vardı. Antonun isə 4 yaşı. Antonun bu hərəkətinə necə qürurlandım mən! Hörümçəyi gördüyüm an içimdən gələn “dayan” səsi hələ də yadımdadır: yanında oğlan verkən qəhrəmanlıq etmə. Lakin bütün həyatım boyu heç də həmişə bu qaydaya əməl etmədim. İndi gəlin, baxaq görək “hörümçək” öldürən zaman necə davranış formaları ola bilər.

  1. “Mən özüm, sən bacarmazsan”

Hörümçəyi gördüyüm an özüm onu öldürürəm, Antona baxıram, ” bax, mən hörümçəyi öldürdüm”. Anton pərt olur, quyudan çıxıb daha böyük həşərat tapır ki, öldürüb məndən güclü olduğunu sübut etsin.

  1. “Mən hər şeyi bilirəm, sənə də danışaram”

Anton hörümçəyi öldürür, mən isə ondan soruşuram: “Anton, sən bilirsən hörümçəyin neçə ayağı var?” Bununla da kifayətlənməyib kitab arxasınca evə qaçıram, gəlib ona hörümçək haqqında nə qədər məlumatlı olduğumu nümayiş etdirməyə çalışıram.

  1. ” Mən hər şeyi daha yaxşı bilirəm, mənimlə mübahisə edə bilməzsən”

Anton hörümçəyi öldürür, mən ona deyirəm:

– Anton, bilirsən hörümçəklərin 8 ayağı olur.

– hə, bilirəm. Hətta onların bığcıqları da olur.

-hahaha, -deyə bərkdən gülürəm,- bığcıq yox, qısqac. Hələ bığcığı qısqacdan ayıra bilmirsən. Yaxşı de görüm flyuktuasiya nədir?

Anton çox pərt vəziyyətdə quyudan çıxıb qaçır.

  1. Cəld, cəld münasibət qururuq

Anton hörümçəyi öldürür. Mən ona təəccüblə baxıram. Bu vaxt o, məndən xoşu gəldiyini deyir.

– gəl məni öp- gözlərimi yumub deyirəm.

– yooox, mən hələ ancaq hörümçək öldürə bilirəm.

– mən bilirəm, hörümçəyi öldürməyin məni sevdiyinə işarədir.

– axı mən hələ səni sevdiyimi bilmirəm, sadəcə hörümçəyi öldürmüşəm.

  1. ” Mən də pis deyiləm!”

Anton hörümçəyi öldürdü. Sonra dedi ki, mən onun xoşuna gəlirəm.

– ha ha!- mən qışqırdım,- mən də sənin kimi bacarıram. Bir neçə hörümçək tapıram, onları əzərək quyunun divarlarına sürtürəm. Anton qorxmuş vəziyyətdə quyunu tərk edir.

  1. İndi kefini açaram!”

Anton hörümçəyi öldürdükdən sonra kefim açılır və onu da sevindirmək qərarına gəlirəm.

– indi mən sənə mahnı oxuyacam- deyib, bütün səsimlə ” oxumağa başlayıram. Düz 45 dəqiqə oxuyuram, Anton quyudan çıxmağa çalışır, ancaq onu buraxmıram.

  1. ” Sən hər şeyi düz eləmədin, indi mən göstərərəm necə eləmək lazımdı”.

Anton hörümçəyi öldürür. Ancaq mən ona deyirəm:

– sən düz eləmədin, indi onun bütün ayaqları hər yerə səpələnib.

Mən bir neçə hörümçək tapıb öldürdüm, qırıqlarını bir yerə topladım.

Anton qorxudan hıçqıraraq quyudan qaçır.

  1. ” Sən mənə lazımi münasibət göstərmirsən, mən öyrədərəm sənə”

Anton hörümçəyi öldürdükdən sonra məndən xoşu gəldiyini deyir. Mən isə soyuq halda ona baxıram.

– nə olub əzizim? – Anton həyəcsnla soruşur.

– sən lazımi kimi demədin. Sakit dedin. Aydın danış, elə danış ki, mən hər sözü eşidim.

– mən utanıram- Anton dedi.

– tanışlığın bu mərhələsində utanmaq olmaz. Bu mərhələdə Qreyə görə, qadına mesajını aydın çatdırmalısan. İndi sən bir daha deyəcəksən və sonra məni öpəcəksən. Bu norma və standart olacaq.

Anton bu söhbətdən çox sıxılır və quyudan çıxıb qaçır.

  1. ” Mən çox müasirəm və ağıllıyam!”

Anton hörümçəyi öldürdü və məndən xoşu gəldiyini dedi. Mən güldüm.

– Bu sanki kitabda yazılmış, filmlərdə gördüyümüz ssenaridir. Sən hörümçəyi öldürdün qəhrəman oldun, mən də səni sevəcəyəm?! Sakitləş, bizim aramızda heç nə ola bilməz. Mən daha çox şeylərə layiqəm. İndi sənə hörümçəklərdən lətifə danışacam. Ancaq o, tərbiyəsizdi, qulaqlarını bağla.

Anton pərt vəziyyətdə quyunu tərk edir.

  1. ” Mən sənə özümə aid hər şeyi izah edəcəm”

Anton hörümçəyi öldürdü və məndən xoşu gəldiyini dedi.

– nə yaxşı dedin! Bilirsən, sən hörümçəyi öldürəndə mənim sanki burnum qaşındı. Adətən mən ağlayarkən belə olur. Mən ağlayıram, sən yox. Axı sən oğlansan. Oğlanlar ağlamır. Ancaq qızlar ağlayır, hər gecə ağlayıram… mən hörümçəkdən qorxuram…məncə bu dolayı yolla valideynlərini öldürmək istəyidir. Bir dəfə Freyddə oxumuşdum, ancaq yoxlamamışdım. Bilirsən, mən heç kimə güvənmirəm axı. Sən hörümçəyi öldürəndən sonra məndən xoşun gəldiyini deyəndə bir anlıq fikirləşdim ki, bəlkə mənimlə manipulyasiya edirsən. Həm də, Anton, düşündüm ki, bəlkə səndə pis təəssürat yaratdım. Ancaq yox, sən mənə elə baxdın ki… Mən çox həssasam, bilirsən, mənə elə gəlir ki, aramızda nəsə yaxşı şeylər olacaq… bilirsən, mən hər şey tez olanda çox həyəcanlanıram. Sabah sənə emanasiya və sensitivlikdən danışacam… Anton quyudan çıxır…

  1. ” Biz artıq başq acür yaşayacağıq”

Anton hörümçəyi öldürdü və məndən xoşu gəldiyini dedi.

– Ananın adı nədir?- deyə soruşdum.

– Nina Andreyeva.

– Həə, görmüşəm onu, qəşəng qadındır, ancaq geyindiyi maksi yubka ona yaraşmır. Mən anamın dərzisinin nömrəsini verərsən, ona layiqli geyim tikər. Neçə otağınız var?

– İki otaq- Anton dedi.

– Aha… siz divarı uçurmayıbsız? Bunu edin, yaxşı olacaq. Divarda xalça var?

– hə, var

-onu oradan götürmək lazımdır. Sənin allergiyan var. Sən kəsmik yeyirsən?

– yox, heş sevmirəm onu.

– Çox nahaq, o, bizim orqanizmimizə lazımdır kəsmik. Dişlərin sağlam olacaq. Mən gündə bir qab yeyirəm. Pişiyin var?

– Var…

– Pişiyi peyvəndləmək və daramaq laızmdır. Yadında qaldı? Peyvəndləmək və daramaq lazımdır. Bax, əlini çirkli çirkli ağzına qoydun. Sabah mən sənə antimikrob sabun gətirəcəm, əllərini onunla yuyarsan…

Elmə zidd izahat:

Hiperfunksionallıq- elə bir haldır ki, qadın dayanmadan danışır, hərəkət edir. O, hər şeyi bilir. Aktivdir, məsuliyyətlidir, , bir az bezdiricidir, həmişə zarafat edir, əks cavab verir. Son sözü həmişə özü deyir. Həmişə hər şeyi hamıya göstərir və sübut edir. Kişilərə belə qadınlarla çox çətindir. Ailədə isə kişi illər keçdikcə ailə üzvü kimi hiss edilmir, görülmür, eşidilmir.

Əziz xanımlar, əsl xanım sadə, təvazökar olmalıdır. Bildiklərini sərgiləmək yaxşı xüsusiyyət deyil. Ağıllı qadın ağlını və bildiklərini nə zaman işlədəcəyini yaxşı bilir.

loading...
SHARE
Şərh yaz