Qadınların “kritik” günləri

loading...

Aybaşı – yalnız fizioloji hadisə deyil, o həm də bizim sağlamlığımızın vəziyyətindən məlumat verə biləcək orqanizm üzrə xüsusi “bələdçidir”.

  • Menstruasiya ağrıları
    Dismenoreya – menstruasiya zamanı və ya onun başlamasına az qalmış uşaqlığın ixtisarı ilə bağlı dövri menstruasiya ağrılarını ifadə edən tibbi termindir. Bu simptomla qadınların 50 %-i rastlaşır. Xoşagəlməz hisslərin səbəbi həddən artıq çox miqdarda prostaqlandin maddəsinin olmasıdır ki, o uşaqlığın hamar əzələlərinin ixtisarına və iltihabi proseslərin mizrabına səbəb olur. Lakin qarının aşağı hissəsində daimi güclü spazmalar və kəskin ağrılar sağlamlıqda olan daha ciddi problemlərə işarə edə bilər. Məsələn, bu endometrioz xəstəliyi ola bilər ki, bu halda uşaqlığın selikli qabığının hüceyrələri uşaqlığın və yumurtalıqların əzələlərinə birləşir. Dünyada təxminən qadınların 10%-i bu haqda şübhələnmədən endometrioz xəstəliyindən əziyyət çəkirlər.
  • Menstruasiyanın rəngi
    Menstruasiya zamanı orqanizm uşaqlığın daxili qatının köhnə hissəciklərindən qurtulur. Bu xoş estetik mənzərə olmasa da, çalışın ayırmanın rənginə diqqət edəsiniz, çünki onun rəngi hormonal problemləri aşkar etməyə kömək edə bilər. Adətən menstruasiya tünd albalı, solğun və parlaq al-qırmızı rənglərdə olur.
    Tünd ayırmalar estrogen maddəsinin yüksək səviyyədə olmasından xəbər verir. Çox vaxt belə ayırmalar intensiv xarakter daşıyır və onların tərkibində qanın laxtalarını aşkar etmək olar.
    Əgər ayırmalar solğun çəhrayı rəngdədirsə, bu estrogen maddəsinin səviyyəsinin aşağı olmasını bildirir ki, bu uşaqlıq yolunun quruluğuna, libidonun azalmasına, xroniki yorğunluğa və hətta saçların tökülməsinə gətirib çıxara bilər. Çox vaxt belə menstruasiya qeyri-müntəzəm, ləngimələrlə olur.
    Tünd qırmızı rəngdə olan menstruasiya isə norma hesab edilir. Onlar, bir qayda olaraq vaxtında başlanır və qurtarır.
  • Menstruasiya vaxtı ayırlmaların çox olması
    35 yaşdan yuxarı qadınlarda bəzən güclü spazmatik ağrılarla müşayiət olunan aybaşı zamanı bol qanaxma olur (200-300 ml) ki, bu proses menorraqiya adlanır.
    Bəzən menorraqiya cinsi yetkinləşmə və yumurtalıqların funksiyasının formalaşması dövründə yeniyetmə qızlarda da yaranır.
    Uşaqlıq daxili hamiləliyin qarşısını alan vasitələrdən (spiral) istifadə edən qadınlarda da həmçinin menstruasiya zamanı bol qanaxmalar ola bilər. Bu prosesin səbəbini müəyyən etmək üçün hərtərəfli diaqnostikadan keçmək lazımdır.
    Aybaşı zamanı ayırmaların az olması daha çox stressə, yorulmaya meylli, düzgün qidalanmayan və ya menopauza dövründə olan qadınlarda rast gəlinir. Həmçinin bu yumurtalıqların polikistozası, autoimmun pozulması və ya “Aşerman” xəstəliyinin (menstruasiya və cinsi funksiyalarının pozulması) əlaməti ola bilər.
  • Menstruasiya dövrünün müntəzəmliyi
    Menstruasiya dövrünün tezliyi həmçinin sağlamlıq vəziyyətinin yaxşı göstəricisidir. 2-10 gün müddəti olan və 21-35 günə qədər müntəzəm dövr norma hesab edilir.
  • Əgər sizdə indiyə qədər müntəzəm dövr təyin edilməyibsə, bu kəskin çəki itkisi, streslə, hamiləlik, spirtli içkilərin və ya müəyyən preparatların qəbulu ilə bağlı ola bilər.
  • Vaxtaşırı menstruasiya dövrü iqlimin və ya mövsümün dəyişməsi ilə əlaqədar olaraq dəyişə bilər.
  • Aybaşının yoxluğu
    Qadınlarda menstruasiyanın ləngiməsi ilk olaraq hamiləlik əlaməti kimi qəbul edilir. Lakin bunun başqa səbəbləri də ola bilər. Qadınların təxminən 4 %-i ikinci amenoreya ilə rastlaşır (bu halda qadınlarda 6 ay ərzində menstruasiya olmur). İkinci dismenoreya, əsasən 30 yaşdan yuxarı qadınlarda yaranır. Onun inkişafının ən yayılmış səbəblərindən biri endometrioz, qalxanvarı vəzinin hiperfunksiyası, yumurtalıqların hipofunksiyası və cinsi orqanların iltihabi prosesi olur.
    Döş yedirməsi zamanı menstruasiyanın yoxluğu norma hesab edilir. Bu dövrdə qanda prolaktin hormonunun yüksək səviyyəsi ayırmaların dayanmasına səbəb olur.
loading...
SHARE
Şərh yaz