Qalın və gözəl qaşlara sahib olmaq üçün…

loading...

Qaşlar üz ifadəsinə olduqca çox təsir edir. Bu səbəbdən üz şəklinizə uyğun qaşlarınız olmalıdır. Ancaq üzünüzə uyğun qaş modelini seçərkən son illərin dəbini də unutmamalısınız. Son illərin dəbi olan qalın qaşlara sahib olmaq istəyirsinizsə, bir az çalışmalısınız . Trendlərə uyğun olaraq qalın, diqqətə çarpan və gözəl qaşlara sahib olmaq üçün nələr edə biləcəyiniz haqqında yazdıq.

Qaşlarınızı almayın

Əgər qaşlarınızı qalınlaşdırmağa çalışırsınızsa, onlara bir müddət toxunmamaq lazımdır, ancaq bu bir az çətin ola bilər. Bir müddət qaşlarınız olduqca dağınıq görünə bilər, ancaq salon görüşlərinizi ləğv etməyinizdə fayda var. Seyrək qaşlarınızın qalınlaşması üçün bir az zamana və səbrə ehtiyacınız olacaq.

Peeling edin

Peeling hamar bir dərinin olmazsa-olmazı və qaşlarınız üçün də peeling-lərdən faydalanmağınız mümkündür. Yumşaq bir diş fırçasıyla qaşlarınızı yavaşca fırçalayaraq qaş hissəsindəki ölü dəridən xilas ola bilərsiniz. Bu proses qaşlarınızın sürətli böyüməsində köməkçi olacaq.

Serum və ya vitamidən istifadə edin

Qaşlarınızın daha sürətli və sağlam böyüməsi üçün istifadə edə biləcəyiniz bir çox serum var. Bu serumlardan birini dəstəkləyici olaraq istifadə edə biləcəyiniz kimi, ümumi olaraq saçlar üçün də istifadə edilən bir vitamin olan biotini də seçə bilərsiniz.

Boşluqları doldurun

Qaşlarınızı qalınlaşdırmağa çalışırsınızsa, ən əhəmiyyətli probleminiz tökülmüş və yerinə çıxmayan qaşlar ola bilər. Ancaq bu hissələri bir qaş qələmi, ya da kölgə ilə asanca doldurmağınız mümkündür. Tək etməyiniz lazım olan şey qaşlarınızın rəngiylə uyğunlaşan rəngdə bir məhsul seçmək və təbii ki, daha diqqətə çarpan qaşlar üçün bir ton tünd bir məhsul dan istifadə etməkdir.

Qaşlarınızı sabitləyin

Daha əvvəl də söylədiyimiz kimi qaşlarınızı uzadarkən dağınıq bir görünüşün ortaya çıxması normaldır. Bu dağınıq qaşlardan xilas olmağın ən təsirli yolu isə bir qaş gelindən istifadə etməkdir. Ancaq qaş gelini tətbiq etdikdən sonra bir qaş fırçasıyla üstündən keçərək parlaq görünüşdən xilas olmağı unutmayın.

Örtücüdən istifadə edin

Qaşlarınızı bir qaş qələmi və ya qaş jeli istifadə edərək şəkilləndirdikdən sonra şəklin xaricində qalan tüklərə toxunmamalısınız. Bunun əvəzinə şəklin xaricində qalan tüklərin üzərinə örtücü bir məhsul sürtün. Beləcə, qaşlarınızı daha diqqətə çarpan hala də gətirmiş olacaqsınız.

Professional birinə müraciət edin

Qaşlarınız kifayət qədər uzandığında və qaş çıxmayan hissələr də dolduqda artıq qaşlarınızı formalaşdırmağın vaxtı gəlib deməkdir. Bu müddət qaşlarınızın vəziyyətinə görə bir neçə həftə sürəcəyi kimi bir neçə ay da çəkə bilər. Amma bu müddətin sonunda qaşlarınızın istədiyiniz diqqətə çarpan şəklə gəlməsi və dağınıq görünüşdən xilas olması üçün ən yaxşısı bir professional birinə müraciət edəsiniz.

loading...
SHARE
Şərh yaz