Qarpız və yemişdən orijinal reseptlər

loading...

Xüsusilə isti günlərdə qarpız və yemiş hətta nahar və şam yeməyini də əvəz edə bilər. Amma daha maraqlısı onlardan inanılmaz dadlı yeməklər hazırlamaqdır. Sizə bir neçə orijinal resept təqdim edirik.

Qarpızda jeleqarpizdan-jele

İnqrediyentlər:

  • Qarpız – qabığı ilə birlikdə təxminən 3 kq,
  • Jelatin – 20 q,
  • 1/2 stəkan şəkər,
  • 1/4 stəkan limon şirəsi,
  • Bitki yağı.

Hazırlıq:

Qarpızı yarı bölün, qabığını zədələmədən meyvə ətini çıxardıb blenderdə püre halına qədər əzin, sonra süzün.
Kiçik kasada 1 stəkan qarpız şirəsini jelatinlə qarışdırıb 3 dəqiqə ərzində saxlayın.
Qalan qarpız şirəsinə şəkər əlavə edib orta atəşdə kiçik qazanda şəkər tam həll olunana qədər qızdırın. Sonra bu qarışığa qabaqcadan hazırlanmış jelatin və limon şirəsini əlavə edib odun üzərindən götürün.
Qarpızın digər yarısının içini təmizləyin və alınmış “kasacığa” qarpız jelesini töküb soyuducuya qoyun. Jele tam soyuduqdan sonra onu ayrı-ayrı tikələrə bölüb süfrəyə verin.

Qarpız və feta pendiri ilə salat

qarpiz-pendir

İnqrediyentlər:

  • 2 ədəd pomidor,
  • 150 q. təzə qarpızın meyvə əti,
  • 1 ədəd bolqar bibəri,
  • 1 ədəd xiyar,
  • 90 q. təzə qırmızı turp,
  • zeytun yağı,
  • 115 q. feta pendiri,
  • 2-3 budaq təzə nanə,
  • 60 q. yaşıl soğan,
  • 1 stəkan qatı yoğurt,
  • Bir çimdik qurudulmuş oreqano.

Hazırlıq:

Pomidoru, yaşıl bibəri və tumlardan təmizlənmiş qarpızı kublara doğrayın. Xiyarı və qırmızı turpu dilimlərə doğrayın. Tərəvəzləri iri salat qabına yiğıb üzərinə zeytun yağı tökmək lazımdır. Sonra onlara iri doğranılmış nanə, yaşıl soğan və feta pendiri əlavə edib qarışdırmaq lazımdır.

Qalan feta pendirini, yoğurtu, nanəni, zeytun yağını və oreqanonu blenderdə sous halına qədər əzib salatın üzərinə əlavə etmək lazımdır.

Orijinal yemiş şorbasyemis-sorbasi

İnqrediyentlər:

  • Yemiş – 1 ədəd,
  • Şəkərsiz yoğurt – 5 x.q.,
  • Təzə limon şirəsi – 3 x.q.,
  • Ətirli sirkə – 1 x.q.,
  • Bal – 25 ml.,
  • Təzə rozmarin – 1 ç.q.,
  • Darçın – 1/3 ç.q.,
  • Qara istiot – 1/3 ç.q.,
  • Dəniz duzu – bir çimdik.

Hazırlıq:

Yemişin meyvə ətini blenderdə əzin və üzərinə yağsız yunan yoğurtu, limon şirəsi, sirkə, xırdalanmış rozmarin, darçın, istiot və duz əlavə edin. Bütün inqrediyentləri təkrar blenderdə qarışdırın. Süfrəyə verməzdən əvvəl desert şorbanı soyuducuda soyudun.

Qarpız slaşıqarpiz-slasi

İnqrediyentlər:

  • Buz – 6 ədəd,
  • Qarpızın meyvə əti – 500 q.,
  • Bal – 1 ç.q.

Hazırlıq:

Qarpızı tumlardan təmizləyib kublara bölün. Buzu blenderdə üyütmək, sonra blenderə qarpız əlavə edib ən azı bir dəqiqə qarışdırmaq lazımdır. Sonda isə bal əlavə edib daha 10 saniyə qarışdırmaq lazımdır.

Toyuq və qarpızdan hazırlanmış salatqarpiz-toyuq

İnqrediyentlər:

  • Toyuq filesi – 100 q.,
  • Qarpız – 50 q.,
  • Pendir – 20 q.,
  • Fındıq – bir ovuc,
  • Salat yarpaqları,
  • Ətirli sirkə,
  • Zeytun yağı,
  • Cəfəri.

Hazırlıq:

Fileni qaynadıb kublara bölün. Qarpızı da həmçinin təmizləyib kublara bölün. Pendiri xırdalayın. Cəfərini yuyub yarpaqlarını qopardın. Hazır inqrediyentləri birləşdirib qarışdırın. Sirkəni yağ ilə qarışdırıb salatın üzərinə əlavə edin. Hazır salatın üzərinə cəfəri və fındıq səpin.

loading...
SHARE
Şərh yaz