Qəbzlikdən əziyyət çəkən hamilələr bu cür qidalansın

loading...

Qəbzlik hamiləlikdə ən çox rastlanan problemlərdən biridir. Qəbzlik problemi hamiləliyi pis keçirmənizə və həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu cansıxıcı problemə qidalanmanıza diqqət edərək qalib gələ bilərsiz.

Hamiləlik zamanı yaşanan hormon dəyişiklikləri, uşağın yerləşdiyi bölgə, ananın qəbul etdiyi dəmir artıran dərmanlar, qidalanma tərzi, fiziki aktivlik, hərəkətsizlik, lif qəbulunun azlığı, stress, qəhvə, kola, banan kimi qidaların çox qəbulu analar üçün ciddi həzm problemləri yaradır və qəbzliyə yol açır.

Hamiləlik zamanı gündə ən az 2 litr su içilməlidir. Yetərincə su qəbul etməyən analarda qəbzlik çox rastlanır. Çox su içə bilməyənlər təzə meyvə suyu, meyvələrlə də bu ehtiyaclarını qarşılaya bilər.

Həftədə ən az 2 dəfə quru paxla, ya da tərəvəz yeməyi yeyilməlidir. Çiy meyvə, tərəvəz, qara çörək, lif və B vitamini ilə zəngin olan yulaf bağırsaq hərəkətlərini rahatladır. Yulafın qatıq və meyvələrlə qarışdıralaraq yeyilməsi daha effektli olar.

Həm qəbzlik, həm də süd yaranması üçün gündə ən 2 stəkan kompot içilməlidir. Quru ərik, əncir, heyva, ərik kompotları daha faydalıdır.
Yeməyi vaxtında yeməli, günorta və axşam yeməkləri arasında daha faydalı və çox qidalanmalısız.

Gündə müəyyən aralıqlarla idman etmək qəbzlik probleminə kömək edəcək. Həftədə ən az 3 dəfə, 30 dəqiqə boyunca yüngül idman hərəkətləri həm qəbzliyin, həm də artıq çəki qazanmağın qarşısını alacaq.

Stress də mədə-bağırsağın hərəkətinə mənfi təsir edir.

Qəbzlik yaşayan hamilə qadınlar üçün yemək proqramı:

Səhərlər 2 dilim qara çörək, 2 dilim pendir və 5 ədəd qara zeytunla hazırlanmış sendviç.

Bol pomidor və xiyar.

Ara saatlarda 2 ədəd qoz, ya 5 ədəd fındıq, 2 ədəd quru ərik.

Günorta-axşam 1 qab dolu ətli, qiyməli, zeytun yağlı tərəvəz, ya da quru paxlalılardan hazırlanan yemək, 2 dilim çörək, tərəvəz salatı yeyin.

Günorta-axşam aralığında 1 stəkan kompot, 2 xörək qaşığı yulaf və qaşığı qatıq, 1 orta boy meyvə.

Armud, ananas, gilas kimi meyvələri çox yeyin. Yatmadan 2 saat əvvəl yeməyi dayandırın.

Gecə içilən su ilə birgə 2-3 ədəd ərik yeyin.

 

//lent.az

loading...
SHARE
Şərh yaz