Qeyri-standart bədən formalı xanımların qarderobu

loading...

Kök xanımlar qarderob seçimi zamanı bir sıra çətinliklərlə rastlaşırlar. Bu səbəbdən sizə kömək edə biləcək bəzi stilist məsləhətlərini təqdim edirik.

Əsas tabuGeyim

Çox geniş və çox nazik qayışlardan çəkinin. Çox həcmli aksessuarlar bədən formasını iki yerə “bölə”, həddindən artıq nazik aksessuarlar isə bədəni vizual olaraq darta bilər. Nazik qayış kök bədəndə sadəcə itib bütün bədən çatışmazlıqlarını vurğulaya bilər. Bu səbəbdən orta ölçülü aksessuarlara üstünlük vermək lazımdır.
Həmçinin qarderobunuzdan yarımşəffaf parçalardan və trikotajdan hazırlanmış əşyaları uzaqlaşdırın. Toxunma donlar, toplar, şalvarlar da siluetə arzu edilməz həcm verəcək, şəffaf və üstəlik büzməli ətəklər və köynəklər isə bütün bədən çatışmazlıqlarına diqqəti cəlb edəcək.

Hündürdaban ayaqqabılara diqqət edingeyim

Əgər siz öz bədən formanızı qeyri-ideal hesab edirsinizsə, bu zaman kedlərdən və alçaq ayaqqabılardan imtina edin. Geniş dabanlı və ya tangetdə (platformda) olan ayaqqabılara üstünlük verin. Yaxşı olar ki, şalvarınız kifayət qədər uzun olsun və ayaqqabının yuxarı hissəsini örtsün. Bu halda ayaqlarınız daha uzun və daha qamətli görünəcək. Bədən formasını vizual olaraq uzatmaq üçün daha bir effektiv üsul – şalvar və ya cinslərə uyğun tonda ayaqqabı geyinməkdir.

Aksessuar və geyiminizin naxışlarına diqqət edinkok-qadin

Şalvarlarda bəzəkli ciblərdən, cinslərdə isə “sürtülmüş” effektdən çəkinin. Ən sadə, az detalları olan və tünd
rəngli cinslərə üstünlük verin.
Heç bir halda bədənin problemli hissəsini aksessuar, naxış, applikasiyalar, naxışlı tikiş və başqa dekorativ elementlərlə vurğulamayın.

Düzgün siluetsiluet

Bədən formasının çatışmazlıqlarını gizlətmək üçün, yüksək belli əşyalar seçmək lazımdır.
Lakin dekolte zonasını gizlətmək lazım deyil. Sviterlərdən və digər boğazlı geyimlərdən imtina edin. V şəkilli sinə kəsiyi olan geyimlərə üstünlük verin.

Rəng qammasıRəng qamması

Sizin qarderobunuz qara-qəhvəyi əşyalardan və ya çox parlaq rənglərdən, həcmli naxışları olan geyimlərdən ibarət olmamalıdır. Təmiz dolğun çalarlara üstünlük verin. Əgər naxışlı parçalardan hazırlanmış geyimlərə üstünlük verirsinizsə, bu zaman vertikal zolaqlı əşyalar seçə bilərsiniz.

loading...
Şərh yaz