Qida zəhərlənməsi zamanı ilk yardım

loading...

Qida zəhərlənmələrinin 99% ciddi nəticələrə səbəb olmur və bir-iki gün ərzində keçib gedir. Lakin təcrübə göstərir ki, onlarla zəhərlənmə hadisəsi bizim yolumuzu xəstəxanadan sala və ölümlə nəticələnə bilər.

Məhz yay aylarında isti hava qida zəhərlənməsinin əsas səbəbi olur. Risk qrupuna həm uzun vaxt istirahət düşərgələrində olan uşaqlar, həm də kurortları gəzən böyüklər düşür ki, sanitar normalara riayət edilmədikdə, yemək və içkilərdən zəhərlənmə olur. İstidə tez xarab olan və düzgün saxlanılmayan məhsullar xüsusən təhlükəli olur ki, bu zaman da kədərli nəticələrdən qaçmaq çox çətin olur.

Lakin sadə tövsiyələr mövcuddur ki, onlara riayət edərək siz özünüzü qida məhsulları ilə bağlı xəstəliklərdən maksimal dərəcədə qoruya bilərsiniz.

  1. Aşağı temperatura ehtiyac duyan qidanı masanın üstündə otaq temperaturunda saxlamayın. Dərhal onu soyuducuya yerləşdirin. Əgər məhsul xarab olarsa, o zəhərlənmənin səbəbi ola bilər.
  2. Hazırlığı planlaşdırdığınız mətbəx masasının üzərində məhsulların buzunu açmayın. Bu məqsədlər üçün siz çanaqdan və ya mikrodalğalı sobadan istifadə edə bilərsiniz.
  3. Məhsulları heç vaxt otaq temperaturunda turşuya qoymayın. Həmçinin çiy ət, balıq və yumurtalarla da ehtiyatlı olmaq lazımdır. Bu məhsullar mütləq termal emal edilmiş olmalıdır.
  4. Məhsulları soyuducuda saxlayın. Heç vaxt soyuducudan 2 saat ərzində kənarda qalan süd məhsullarını istifadə etməyin.sud-mehsullari
  5. Qida həşəratlardan, gəmiricilərdən və başqa heyvanlardan qorunmuş olmalıdır, çünki onlar çox vaxt patogen mikroorqanizmlərin daşıyıcısı olur ki, bu da qida zəhərlənməsinə səbəb olur.
  6. Əllərinizi ən azı 20 saniyə sabun və ilıq su ilə yuyun.el-yumaq
  7. Təmizlik – sağlamlığın rəmzidir. Bütün mətbəx səthlərini bacardığınız qədər tez-tez silib təmizləyin. Meyvə və tərəvəzləri istifadədən əvvəl yaxşıca yuyun.
  8. “Şübhəli” məhsullardan imtina edin. Günəş və isti havada məhsullar bir neçə saat ərzində xarab olur və sağlamlıq üçün təhlükə yaradırlar. Bu səbəbdən məhsulları yalnız soyuducularla təchiz edilmiş mağazalardan almaq lazımdır. Bundan başqa məhsulun istifadə tarixinə də diqqət etmək önəmlidir.
  9. Yay dövründə tərkibində soda olan hazır məmulatlardan imtina edin, çünki onlar zərərli mikroorqanizmlərin bağırsaqlarda çoxalmasına imkan yaradır. İsti havada turş içkilərdən istifadə edin: limon suyu, kompot, kisel və s. Turş mühit bütovlükdə bağırsaq infeksiyalarının yaranma riskini azaldacaq.tur-ickiler
  10. Zəhərlənmə vaxtı ən yayılmış səhvlərdən biri dərman vasitələrinin qəbuludur. Əgər siz mədədə narahatlığı hiss etdinizsə, dərhal dərmanlardan istifadə etməyə qaçmayın, çünki kiçik ishal mexaniki olaraq orqanizmdən mikroorqanizmləri və onların zəhərlərini uzaqlaşdırır.

Əgər xoşagəlməz hisslər keçmədisə bu zaman mütləq həkimə müraciət etmək lazımdır!

loading...
Şərh yaz