Qırışlardan qaçmaq üçün nə ilə qidalanmaq lazımdır?

loading...

Antioksidləşdiricilər insan sağlamlığında mühüm rol oynayır, amma onlar xüsusilə qırışlarla mübarizədə əhəmiyyətlidir.

Antioksidləşdiricilər bizim bütün orqanizmimizin hüceyrələrini qocalmadan müdafiə edir, lakin onların təsiri daha çox bizim dərimizdə görünür. Antioksidləşdiricilərin köməyi ilə xırda qırışlar hamarlanır, dərin qırışlar isə o qədər də gözə çarpmır. Antioksidləşdiricilərsiz bizim orqanizmimiz sürətli solmaya məhkum edilib və bu əhəmiyyətli maddələrsiz qırışlar daha tez yaranır.

Bir çox tədqiqatlar göstərdi ki, düzgün pəhrizin köməyi ilə qocalığın gəlməsini və dəridə qırışların yaranmasını az da olsa təxirə salmaq olar. Qırışlara qarşı pəhriz sadə məhsullardan ibarətdir və böyük xərc tələb etmir.

Qırışları hamarlaşdıran məhsullar.
  • Giləmeyvələr. Qaragilə, böyürtkən, çiyələk və moruq flavonoidlərlə zəngin giləmeyvələrdir. Bu güclü antioksidləşdiricilər dərini qocalmadan və azad radikalların hücumlarından müdafiə etməyə kömək edir.
  • Avokado. Avokado qırışlara qarşı ən yaxşı müdafiədir. Avokado E vitamini ilə zəngindir ki, dərini elastik və nəm qalmağa kömək edir. Bundan başqa, avokadonun istifadəsi həm qırışları hamarlaşdırır, həm də orqanizmdən zəhərli maddələri çıxarmağa kömək edir.
  • Brokkoli. Brokkoli antioksidləşdiricilərlə zəngin məhsul olduğu üçün qırışlara qarşı əla vasitə hesab edilir.
  • Xaççiçəklilər fəsiləsinin tərəvəzləri. Qırmızı turp, şalğam, gül kələm kimi xaççiçəklilər fəsiləsinin tərəvəzləri antioksidləşdiricilər, sellüloz və vitaminlərlə zəngin məhsullardır. Onlar xərçəng və qırışlarla mübarizədə kömək edirlər. Bu tərəvəzlər C vitamini ilə zəngindir ki, dəridə kollagenin və elastinin yaranmasına kömək edir.
  • Paxla. Qara paxla və lobyanın tərkibində xeyli miqdarda antioksidləşdirici olduğu üçün onlar nevroloji nasazlıqlar və dərinin qocalması ilə mübarizə apara bilirlər.
  • Sarımsaq. Bütovlükdə sağlamlıq üçün çox faydalıdır. Sarımsaq orqanizmdən ağır metalları çıxarmağa kömək edir və dərinin təmiz və parlaq qalmasına kömək edir.
  • Fındıq. Fındığın tərkibində böyük miqdarda mineral, yağ və antioksidləşdirici olduğu üçün onlar hərfən dəridən qırışları siləcək və dərini parlaq edəcəklər. Bundan başqa, çərəzlər immun sistemini də bərkidir.
  • Yaşıl çay. Yaşıl çay qırışlara qarşı ən yaxşı vasitədir. Gün ərzində bir neçə fincan yaşıl çay içsəniz qırışlardan iz də qalmayacaq.
  • Kökümeyvəlilər. Narıncı və sarı tərəvəzlər beta-karotin maddəsi ilə zəngindir. Beta-karotin isə əla antioksidləşdiricidir. O dəri və gözlər üçün çox faydalıdır.
  • Pomidor. Pomidorların tərkibində xeyli miqdarda likopen maddəsi var ki, o qırışlarla və azad radikallarla mübarizədə güclü silahdır.
  • Su. Qırışlara qarşı pəhrizdə ən əhəmiyyətli komponentlərdən biridir. Gün ərzində ən azı 2 litr su içmək lazımdır.
  • Şərab. Qırmızı quru şərab antioksidləşdiricilərin ən zəngin mənbəyidir. Şərab dəri, ürək və damarlar üçün faydalıdır. Lakin onu normal miqdarda istifadə etmək məsləhət görülür.

Bu məhsulların istifadəsindən başqa siz şəkərin və yağlı yeməklərin istehlakını azaltmalısınız. Bu qırışların yaranmasını əhəmiyyətli dərəcədə saxlayacaq və sizə kosmetik vasitələrsiz daha uzun müddət gənc və cazibədar qalmağa kömək edəcək.

loading...
Şərh yaz