Qırmızı ayaqqabıları nə ilə kombin etmək lazımdır?

loading...

Mükəmməl və zərif obrazın yaradılması – bu heç də ən sadə məsələ deyil. Xüsusilə, əgər seçiminiz  qırmızı ayaqqabılardırsa. Lakin belə ayaqqabılarla geyimlərin düzgün birləşməsinin sirrini və qaydalarını bilsəniz  çox asanlıqla göz oxşayan obraz yarada bilərsiniz!

Qırmızı ayaqqabıları cəsarətlə “janrın klassikası” adlandırmaq olar. Ancaq, onları geyinərkən,  geyim dəstini düzgün seçmək əhəmiyyətlidir çünki,  bu ayaqqabı sizin şəxsiyyətinizi çox gözəl vurğulayır.

Geyim seçimində əsas məsələ – “qışqıran” effektdən çəkinməkdir. Onu xatırlamaq lazımdır ki, qırmızı rənginli ayaqqabılar çox nəzərə çarpır. Bu vəziyyətdə ayaqqabıları geyimə yox, əksinə olaraq geyimi ayaqqabılara görə uyğunlaşdırmaq lazımdır.

Qeyd edək ki, qırmızı ayaqqabılar müxtəlif geyimlərlə daşımaq olar. Onlar donlarla, yubkalarla, şalvarlar və hətta cinslərlə əla görünürlər. Amma “düzgün” şeyləri seçmək lazımdır, onda sizin obrazınız tamamlanmış olacaq!

Donlar

Don seçimi zamanı  paltarın uzunluğunu nəzərə almaq əhəmiyyətlidir. Uzun donlarla hündür daban ayaqqabıların birləşilməsindən çəkinmək lazımdır. Ən optimal variant  dizdən bir qarış yuxarı olacaq.

don

Rəngə  gəlincə, burada fantaziya üçün yer sonsuzdur – rəngləmələrin uyğunluqları ən gözlənilməz ola bilər. Amma, qırmızı ayaqqabıları neon rənglərlə kombin etmək lazım deyil.

Qırmızı ayaqqabılarla qara, ağ və bej donları birləşdirsəz sizə effektli görünüş verəcək.

Yubkalar

Yubkanın uzunluğuna diqqətlə yanaşmaq lazımdır . Çox qısa yubkalar “qışqıran” olacaq və ya ədəbsiz görünəcək. Mükəmməl – yubka dizdən bir az yuxarı və ya bir neçə barmaq aşağıdır.

yubka

Xüsusilə qırmızı ayaqqabılarla karandaş- yubka effektiv görünür. “Klyoş” fason olan yubkalardan çəkinmək lazımdır .

Şalvarlar

Burada fantaziya üçün maksimal yer var. Klassik – qara ciddi şalvarlar ən uyğunudur. Əgər təcrübə etmək və ya orijinal obraz yaratmaq arzunuz varsa, strazlarla kapri-dən, ultradəbli və ya naxışlı tikişlərlə olan cinslərdən istifadə etmək olar.

Şalvar qırmızı ayaqqabı

Ağ, qara və boz rəngli  şalvarlar əla variant olacaq. Bej tonlarından istifadə etmək də mümkündür.

loading...
Şərh yaz