Qış makiyajı üçün 3 möhtəşəm məsləhət

loading...

Soyuq havaya baxmayaraq, gözəlliyindən geri qalmaq istəməyənlər bu 3 möhtəşəm təkliflə xarici görünüşlərini dah da şahlandıra biləcəklər.

Qırmızı dodaq boyası

Soyuq və darıxdırıcı qış günlərinə qırmızı ya da tünd qırmızı pomada ilə meydan oxuya bilərsiniz!

Necə edirlər?

Əvvəl ten rənginizdən yarım ton tünd bir tonal krem ilə rəngləndirmə əməliyyatını tamamlayın. Gözünüzün altı üçün çox açıq olmayan bir örtücüdən istifadə edin. Şəffaf pudra ilə ten makiyajınızı tamamlayın. Qırmızı pomadanızı sabitləmək üçün dodaqlarınıza da bir miqdar pudra vurmağı unutmayın.

Gözlərinizə quyruqlu gözəl bir eyeliner çəkin. Əgər quyruqlu eyeliner çəkmək də çətinlik çəkirsinizsə, plastik qaşıq, ya da kredit kartın da kömək ala bilərsiniz. 2 qat kirpik üçün tuş ilə kirpiklərinizi dolğunlaştırdıqdan sonra torpaq tonlarında bir ənlik ilə yanaqlarınızı rəngləndirin. Sonda qırmızı pomadanızı dodağınızdan qırağa çıxmayaraq sürtün.

qiz

Gözlər ön planda

Bu makiyajda diqqət çəkəcəyiniz nöqtə gözləriniz olacaq. Bu səbəbdən də ten makiyajınızı edərkən sadəlikdən yana olun.

Necə edirlər?

Boz tonlarında makiyaj edərək gözlərinizlə diqqət çəkəcəksiniz. Əvvəlcə açıq tondakı teni götürüb göz qapağınızın qatlanma hissəsinə qədər yaxşıca sürtün. Sonra tünd rənglə çox az olaraq göz qapağınızın xarici hissəsinə doğru azaldaraq sürtün. Tünd tondakı teni alt kirpiklərinizin diblərinə xətt halında çəkib fırçanın köməyiylə bir az dağıdın. Kirpiklərinizi kirpik üçün tuşun köməyiylə yaxşıca dolğunlaştırmağı unutmayın. Ənlik olaraq şaftalı tonlarında bir ənlik ilə üzünüzə bir az rəng qatın. Bu makiyajda gözlər ön planda olduğu üçün rəngsiz bir dodaq parıldadıcısı ilə makiyajınızı bitirə bilərsiniz.

goz_b45f9aa4-83a4-4b59-b12f-9bb1664f117c_1

Sadə makiyaj

Bu makiyajda hər şey xəfif və yüngül edilir.

Necə edirlər?

Dərinizə teninizlə eyni ton tonal krem və bir ton açıq göz altı örtücü tətbiq edin. Sonra pudra ilə  makiyajınızı sabitləyin. Göz qapaqlarınıza qəhvəyi qələm ilə incə bir xətt çəkin və fırçanın köməyi ilə dağıdın. Bu makiyajda allıq verməyə ehtiyac yoxdur, ancaq istəsəniz çox yüngül torpaq tonlarında bir ənlikdən istifadə edə bilərsiniz. Dodaqlarınıza açıq dodaq rəngi tonlarda pomada sürtməklə makiyajınız hazırdır. ///Sevil

mir

loading...
Şərh yaz