loading...

Kifayət qədər vitamin və mineral almadığınız zaman saçlarınızın uzanması yavaşlayar və ucları qırılır. A, B və C vitaminləri xüsusilə saçın sağlam bir şəkildə uzanması üçün çox əhəmiyyətlidir.

Kartofun tərkibindəki minerallar saçlar üçün çox faydalıdır. Bu səbəbdən Sizə qısa müddətdə saç uzadan kartof maskasını təqdim edirik:

Kartofları yaxşıca yuyub qabıqlarını soyun. Kiçik parçalar halında dilimləyin və blenderda qarışdırıb püre halına gətirin. Çox tünd rəngdə olarsa, bir az su əlavə edə bilərsiniz. Bir kasanın içinə incə bir tənzif sərin və qarışığı süzün. Kasada yığılan suyu saçınıza çəkin, 20-25 dəqiqə gözləyin və ilıq su ilə yaxalayın. Bu maskanı həftədə 1 dəfə etməyiniz kifayətdir.

loading...
Şərh yaz