Qısa zamanda işləri necə qaydasına salmaq olar?

loading...

Payız –insana sıxıntı və laqeydlik yaşadır. İnsana elə gəlir ki o, heç bir işin öhdəsindən gələ bilməyəcək. Bəlkə, məsələ ondadır ki, sizin ətrafınızda hansısa xaos yaranır? Həyatınızı relsə salmaq üçün, işlərinizi qaydasına qoymağınız lazımdır. Bunun üçün nə etmək lazımdır?

İlk növbədə öz ətrafınıza nəzər salmalısınız. Şkafınızı boşaldın- köhnə, lazımsız şeylərdən qurtulun. Kitabları seçin – öz stellajlarınızda pis ədəbiyyat saxlamaq lazım deyil. Hər tərəfli təmizlik aparın qoy eviniz təmiz və səliqəli olsun.

İş yerinizdə təmizliyə riayət edin. Səpələnmiş kağızlar, qələmlər və adsız qovluqlar yalnız problemi ağırlaşdırır və heç vaxt həyatda harmoniyaya imkan yaratmırlar. Yeri gəlmişkən lazımsız fayl, şəkil və elektron sənədləri –silin, kompüterin qovluq sıralarını nizamlayın.

Bəzən insana elə gəlir ki, heç nəyə vaxt yoxdur. Elə bil dünən bazar ertəsinin səhəri idi, amma artıq çərşənbə axşamıdır və bütün planlaşdırılmış işləri yenə yarımçıq qalır.

Günə planlı şəkildə başlayın. Hər gün eyni zamanda durmağa çalışın, elə durun ki normal səhər yeməyi yeməyə, tələsmədən hazırlaşmağa vaxt tapa biləsiniz. Yoldan səmərəli istifadə etməyə çalışın– metroda kitab oxuyun, musiqiyə qulaq asın, əgər siz sükan arxasındasınızsa, onda audiokitablardan istifadə edə bilərsiniz.

Əgər bu sizdə vərdişə çevrilsə, siz nəinki sevimli əsərlərinizi oxumağa vaxt tapacaqsınız, hətta xarici dil öyrənə biləcəksiniz.

Qidalanma rejimini pozmayın. Əgər siz naharı ofisdə edirsinizsə, onda hər gün eyni saatda nahar etməyə çalışın, bu cür siz nahardan əvvəl və sonrakı vaxtı planlaşdıra biləcəksiniz. Siz fasilə zamanı nəinki qəlyanaltı edə bilərsiniz, həm də kiçik gəzinti və ya bir neçə fiziki tapşırıq etmək imkanınız olacaq.

Ən vacibi isə işlərinizi sabaha – təxirə salmayın.

Özünüzə stimul verin

Ətrafınıza nəzər salın. Sizin yamsılamaq üçün hansısa etalonunuz yəqin ki var: gözəl bədən quruluşu sahib olan rəfiqə, rəhbər, hər bir işdə uğur qazanan iş yoldaşınız, kino aktyorları və ya ictimai xadimlər. Məqsədinizi müəyyən edin. Yaxşı olmaq istənilən yaşda və istənilən zaman mümkündür, əsas, istəyə doğru addımlamaqdır!

Dincəlməyə vaxt tapın

Dincəlməyi və rahatlaşmağı öyrənin. Düşünün, siz ən çox nədən həzz alırsınız, hansı anlarda sizin fikir prosesiniz ən çox tormozlaşır? Bəzilərinə seriallara baxmaq, başqalarına kitab oxumaq və ya yoqayla məşğul olmaq kömək edir. Əsas, sizin maraqlı fəaliyyətinizə cavab verəcək məşğuliyyəti seçin.

Universal metod yoxdur, amma sizə heç kim bir neçə variant yoxlamağa və məhz öz üsulunuzu seçməyə mane olmur. Son halda – sadəcə yatın. Sizin işləriniz və həyatınız o zaman qaydasına düşəcək ki, siz öz tənbəlliyinizlə mübarizə aparmağı öyrənəcəksiniz. İstənilən hərəkət – bu artıq müvəffəqiyyətdir. Heç bir şey həyatda insana hədiyyə edilmir. Siz öz hədəflərinizi anlayana kimi və doğru prioritetləri yerbəyer edənə kimi, sizin ətrafınızda dünya sizə lazım olan sürətlə və ritmlə fırlanmağa başlayacaq. Səhv etməyə və məyus olmağa qorxmayın. Əgər siz özünüzə əminsinizsə və özünüzü rahat hiss edirsinizsə, o zaman istənilən xoşagəlməz hadisələr sizə boş gələcək.

loading...
SHARE
Şərh yaz