loading...

Sızanaqlar hər zaman insanları narahat edən problemlər arasında ön planda durub.

Ən aktual suallardan biri də üzdə, kürəkdə və bədəninin başqa hissələrində olan sızanaqlardan qısa zamanda necə qurtulmaq olar? sualıdır. Gəlin ilk öncə sızanaqların yaranma səbələrini araşdıraq.

Sızanaqların yaranmasının səbəbləri:

Sızanaqlardan qurtulmağa çalışmazdan əvvəl, ilk növbədə onların yaranmasının səbəblərini müəyyən etmək lazımdır. Belə ki, əgər sızanaqlar yeniyetməni narahat edirsə, o zaman onlar çox ehtimal ki, aşağıda sadalanan səbəblərdən yaranır:

  • hormonal pozulmalar, cinsiyyət yetişməsiylə (yetkinləşməsiylə) bağlı;
  • siqaret çəkmə və spirt tərkibli içkilərin istifadəsi;
  • yanlış qidalanma;
  • koka-kolaya, çipslərə, suxarılara və başqa belə “junk food”lara həddən artıq sevgi.

Hərçənd ki, müəyyən vaxtdan sonra yetişmiş yaşda hormonal fon normallaşacaq, amma belə səbəblər uzun müddət qalır:

  • yanlış qidalanma, məsələn, acı və yağlı qidalardan istifadə və başqa zərərli yeməklər..
  • siqaretlər, alkoqol və narkotiklər;
  • dəri üçün istifadə edilən yanlış baxım məhsulları

Bundan başqa, istənilən yaşda sızanaqlar daxili orqanların bəzi xəstəlikləri zamanı çıxa bilər, ancaq belə hadisələrdə sızanaqlardan qurtulmaq yalnız sağlamlıqla problemləri həll edəndən sonra baş tuta bilər.

Əsas səbəbləri aşkar etdikdən sonra, indidə gəlin onlardan qısa zamanda necə qurtulmağın yollarına nəzər salaq.

Düzgün qidalanma

Sızanaqların yox olması üçün ilk öncə maddələrin mübadilə prosesesini normallaşdırmaq lazımdır. Hər şeydən əvvəl, bu çəkini azaltmağa və qadınların baş ağrısı olan – sellülitin qurtulmasına kömək edəcək.

Tövsiyə edilir:

  • öz rasionunuza yalnız təbii məhsulları daxil edin. Məsələn, ət, tərəvəz, meyvə və şirələr;
  • yarım fabrikatlardan və şirin qazlı içkilərdən imtina edin;
  • şirin məhsullar, şəkər və unun istehlakını məhdudlaşdırmaq;
  • əgər spirtli içkidən tamamilə imtina edə bilmirsinizsə, onda, ən azı, təbii alkoqollu içkilərin məhdudlaşdırılmış miqdarını istifadə edin;
  • yağsız, qaynadılmış və ya pörtlədilmiş yeməklərə üstünlük verin;
  • fəstfudları unudun.

Dəri üçün qulluq baxımı

  • yuyucu vasitələrdən istifadə edərək, sıx yuyunma dəridə olan təbii prosesləri poza bilər, buna görə yalnız səhərlər və yuxudan əvvəl yuyunmaq daha məqsədə uyğundur.
  • tonikalardan istifadə etmək hansılar ki, dəri örtüyü dezinfeksiya etməyə və irinlikləri yandırmaq kimi xüsusiyyətə malikdir;
  • nəmləndirici kremi tətbiq edib, amma skrablardan və pilinqlərdən imtina etmək. Çünki belə vasitələr dərini daha çox zədələyə bilər;
  • müntəzəm olaraq gil maskaları və buxar vannalarını etmək dəriyə müsbət təsir göstərir;
loading...
Şərh yaz