Qısqanclığı aradan qaldırmağın yolları

loading...

Qısqanclıq dozasında olduğunda çox gözəl bir duyğudur. Kiçik qısqanclıqlar əlaqəni alovlandırarkən, artıq doza münasibəti bitmə nöqtəsinə gətirə bilər. Həyatı iki tərəf üçündə də dözülməz edər….

  • Qısqanan tərəfdə: Həddindən artıq tərləmə və sürətli nəfəs alıb vermə, titrəmə, yorğunluq, halsızlıq, baş ağrısı, əzələ tutulmaları, hirslilik, günahkarlıq duyğusu, kin, kədər, həsəd, özünə inam əskikliyi kimi duyğular başlayar.
    Qısqanclığı məğlub etmək çox çətindir və bunun üçün zaman lazımdır. Səbirli və qərarlı olmalısınız. Qətiliklə əzmli olmalısınız, bunun əlaqənizi nə qədər köhnəltdiyini unutmayın. Gələk qısqanclıq duyğusunun sizi əsir etməməsi üçün etməniz lazım olanlara:
  • Yoldaşınıza güvənin: İnternetdə, forumlarda qısqanc olduğunu söyləyən qadınların, 99%-nin söylədiyi şey “bu günə qədər bir şeyini tutmadım”. O zaman yoldaşımıza güvənmək məcburiyyətindəyik. Bəli məcburiyyətindəyik çünki onsuz da aldatmaq istəyən biri bunun üçün mütləq bir fürsət tapar və edər.
  • Özünüzə güvənin: Qiymətli olduğunuzu unutmayın. Ətrafınızdakı qadınları sizdən daha müvəffəqiyyətli ya da gözəl olaraq görməyin: Ətrafınızda əlbəttə sizdən daha gözəl ya da müvəffəqiyyətli qadınlar ola bilər. Amma unutmayın bir çox qadın özündən heç də gözəl olmayan bir qadın üçün tərk edilə bilər. Kişilərin qadınlarda axtardığı şeyin hər vaxt bunlar olmadığını bilməlisiniz.
  • Sevimli olun: Eşqinizi yaşatmaq üçün səy göstərin; başınız uşağa-işə gücə qarışıb yoldaşınıza laqeyd yanaşmayın. Sizdən gözləmədiyi sürprizlər edərək onu çaşdırın.
    Əsas bəhanəniz yoxdursa qısqandığınızı və reaksiya verməzdən əvvəl, yaxşıca düşünərək özünüzü haqsız çıxarmağa çalışın: Əmin olun bunu etsəniz, bir çox qısqanclığınızın nə qədər yersiz olduğunu görəcəksiniz.
  • Hər şeyə reaksiya verməyin: Qoyun televiziyadakı, jurnaldakı gözəl qadınlara baxsın, yanında olan sizsiniz. Gözəl qadınlara biz də baxırıq elə deyilmi?
  • Özünüzə diqqət edin: Davamlı baxımlı olmağa çalışın, özünüzdə dəyişikliklər edin, hobbilər əldə edin, müvəffəqiyyətli bir şeylər etməyə çalışın bu, özünüzə inamınızı yüksəldəcək daha az qısqanmanızı təmin edəcək.
  • Həyatınızı yoldaşınıza fokuslamayın: Yoldaşınızın gözətçiliyini etməyin. Yoldaşınız üçün problem deyilsə qız yoldaşlarınızla kinoya gedin. Amma bütün bunları edərkən; davamlı yoldaşınızın nə etdiyini düşünüb, tez-tez zəng edib, yaşadığınız anı özünüzə də yoldaşınıza da zəhər etməyin.
  • Yoldaşınızdan kömək istəyin: “Səni çətinliyə saldığımın, haqsızlıq etdiyimin fərqindəyəm amma mənə köməkçi olarsanmı?” bu şəkildə yanaşma yoldaşınızın sizə daha anlayışlı olmasını təmin edəcək. Gecə telefonu çalsa ya da mesaj gəlirsə sizə göstərməsini istəyin məsələn “Baxıb bir şey olmadığını gördükcə səndən artıq bu mövzuda şübhələnməyəcəyəm və belə bir şey istəməyəcəyəm” deyin. Beləcə həm siz onu günahlandırmayacaqsınız və yoldaşınız bunların bir gün bitəcəyini bilərək daha səbirli olacaq.
  • Yoldaşınız bir gün sizi aldatsa ən çox onun itirəcəyini unutmayın: Əmin olun, aldadılsanız sizdən bir şey əksilməz. Alçalan siz olmazsınız,
  • Bunu unutmayın! Bunu etmək istəyən birinə siz nə etsəniz edin maneə ola bilməzsiniz… Amma məhkəmə də belə günahı isbat edilənə qədər hər kəs günahsızdır. Dəliliniz yoxdursa yoldaşınıza həbs həyatı yaşatmayın.
loading...
Şərh yaz