Qız və oğlan arasında münasibətləri necə yaxşılaşdırmaq olar?

loading...

Münasibətlərin başlanğıcı adətən nağıla bənzəyir: romantik görüşlər, gül dəstələri və restoranlara dəvət və s. Lakin bəzən hisslər sakitləşir. Bu səbəbdən sizə münasibətləri bərkidib yaxşılaşdırmaq üçün bəzi məsləhətləri təqdim edirik.

Dalaşarkən sakitliyi saxlayın

Söz-söhbət necə başlanır? Partnyorlardan biri neqativ danışmağa başlayır, ikincisi inkar edir, səs tonu artır və budur artıq hər iki partnyor bir-birini eşitmədən qışqırığa keçirlər. Konstruktiv fikirlərin yerinə danlaq və təhqiredici sözlərdən istifadə olunur. Hər şey qapı çırpılması, göz yaşları və peşmançılıqla bitir. Bütün bunlardan qaçmaq üçün, sadəcə sakitliyi saxlamağa cəhd edin. Əgər oğlan qışqırmağa və ya sizi ittiham etməyə başlayırsa, bu zaman onu dinləyin və əgər siz günahkarsınızsa üzr istəyin. Ola bilsin ki, yoldaşınız sadəcə işdə çox yorulub və tezliklə özü sizdən ehtiyatsız sözlərinə görə üzr istəyəcək.

Səhv hərəkətlərinizə görə üzr istəməyə utanmayın. Bu sizin üçün çətin olmasa da, münaqişədən qurtulmağa kömək edəcək.

Tənqidi konstruktiv edin

Coşqun sevginin daha sakit münasibətlərə keçidindən sonra siz sevdiyiniz insanın çatışmazlıqlarına fikir verməyə başlayırsınız. Hər kəsin öz zəif tərəfləri olduğu üçün artıq yetkin yaşlarda hansısa bir vərdişdən qurtulmaq çox çətin olur. Əgər yarınızın xarakterində sizi nə isə qəti surətdə razı salmırsa, bunu ona bacardığınız qədər yumşaq qaydada deyin. Konstruktiv tənqiddən istifadə edin, niyə məhz bu xasiyyətin xüsusiyyəti sizin xoşunuza gəlmədiyini izah edin, problemi birlikdə həll etməyi təklif edin. Adətən kişi sevdiyi insanın sözünə qulaq asır və vəziyyəti yaxşılaşdırmağa çalışır.

İntim münasibətlərə daha çox diqqət edin

Kişilər üçün seksual münasibətlər ən əhəmiyyətli aspektlərdən biridir. Unutmayın ki, seksual narazılıq əsasında da ciddi münaqişələr yarana bilər. Əgər siz işdə çox yorulursunuzsa, bu zaman heç olmasa həftə ərzində müəyyən vaxt seçin ki, onu sevdiyiniz insana ayırasınız. Qucaqlaşmaları və öpüşləri də unutmayın, çünki qısa müddətli nəvaziş təzahürləri münasibətləri çox yaxşı qaydaya salır.

Kişilərə nəzarət etməyin

Sevgililərin fikirlərinin yalnız bir-birində olduğu vaxt keçib gedir. Adi həyata yenidən dostlar, əvvəlki həvəslər və hobbilər qayıdır. Bu normal bir hadisədir. Əgər siz zamanla münasibətlərinizi sağlam ailə münasibətlərinə çevirmək istəyirsinizsə, bu zaman yarınızın azadlığına mane olmayın. Bundan başqa, sizində həmçinin rəfiqələriniz və sevimli məşğuliyyətləriniz ola bilər. Möhkəm ailə münasibətlərinin sirri ər-arvadın hər birinin azadlığı üçün kifayət qədər imkan olmasındadır.
Partnyorunuza etibar etməyi öyrənin. Daimi və əsassız qısqanclıq ən möhkəm münasibətləri də korlaya bilər.

Öz xarici görünüşünüzə diqqət edin

Qəribə olsa da, xarici görünüş həmçinin münasibətlərin nifaqına səbəb ola bilər. Çox vaxt xanımlar ailə qurduqdan sonra kosmetikadan istifadə etməyi dayandırır, geyim və bədən formalarına diqqət etmirlər. Lakin kişilər zahiri görünüşə çox böyük əhəmiyyət verirlər. Təəccüblü deyil ki, bu zaman kişilər daha gözəl görünən xanımlara baxmağa başlayır. Bu da güclü cinsin psixologiyasıdır. Nəticədə qısqanclıq, davalar və münasibətlərin sonu yaranır. Buna yol verməmək üçün öz xarici görünüşünüzə diqqət edin və hər zaman gözəl görünməyə çalışın.

loading...
Şərh yaz