“Qızımı istəyən oğlanın pulu, evi yoxdursa…”

loading...

“Qızımı savadsız oğlana ərə vermərəm”.

Bu sözləri “Xəzər” telekanalında qonaq olan əməkdar artist Nüşabə Ələsgərli deyib.

İfaçı bildirib ki, əgər kürəkənin evi olmasa, ona ev də verəcək:

“Qızımı istəyən oğlanın pulu, Bakıda evi yoxdursa, bunu keçərəm. Amma onun savadı yoxdursa, qızımı vermərəm. Məktəb oxuyardı. Təhsilsiz bir oğlana qızımı niyə verim? Mənim qızım təhsilli, dünya görüşü olan bir qızdır. Niyə savadsıza ərə getsin? İşləyəndən sonra ona ev də verərəm. Vacib deyil ki, milyonlar gətirsin. Mənim qızımın yeməyini, çörəyini verəcəksə, qalan hər şey düzələcək”.

Qeyd edək ki, N.Ələsgərlinin 2 övladı var. Oğlu Orxan və qızı Nigar bu il ali məktəbə daxil olub.

loading...
Şərh yaz