loading...

Düyü unu və sirkəni qarışdıraraq əldə etdiyiniz məcunu duşdan sonra qoltuqaltınıza çəkin, bir müddət sonra  yaxalanın. Bu məhlul dəri rəngizini açmaqla yanaşı, pis qoxuya səbəb olan bakteriyaların da ölməsinə kömək edəcək.

Limon dəri qaralmalarında ağla ilk gələn həll yollarından biridir. Dərinizi təmizləyəcək və parıldadacaq. Qalın bir limon dilimini qoltuqaltınıza çəkin. Sonra durulayın. Limon dərini qurudacağından bu əməliyyatdan sonra mütləq nəmləndirici krem istifadə edin.

Sandal ağacının tozu və gül suyunu qarışdırıb əldə etdiyiniz məcunu qoltuqaltınıza çəkin. Sandal ağacı rəngin açılmasını təmin edəcək, gül suyu da sərinlik və yumşaqlıq hissi verir.15 dəqiqə saxladıqdan sonra durulayın.

Soda dəri rənginin açılmasına da kömək edir. Su ilə qarışdırıb əldə edilən məhlulu qoltuqaltına vurun və durulayın.

loading...
Şərh yaz