loading...

Saçlar üçün saç boyasının rəng çalarını seçərkən mütəxəssislər bir çox amilləri nəzərə almağı məsləhət görürlər. Bu amillərin arasında həmçinin gözlərin rəngini də qeyd etmək olar. Məhz düzgün saç çalarının seçimi həm sizin gözlərinizin rəngini vurğulayacaq, həm də ki, baxışlarınızı daha ifadəli edəcək. Bu halda həmçinin dəri çalarlarına da diqqət etmək lazımdır, çünki bu amil ümumi obrazın yaradılması üçün çox əhəmiyyətlidir. Sizə müxtəlif göz rəngi olan xanımlar üçün düzgün saç rənginin çalarlarını seçmək üçün mütəxəssislərin məsləhətlərini təqdim edirik.

Adətən qonurgöz qızlara qəhvəyi və qızılı tonlu, şokolad rəngli, şabalıdı və mis çalarlı saçlar uyğun gəlir. Qarabəniz və ya qaralmış qızlara daha çox tünd tonlar məsləhət görülür. Məsələn, ilıq şokolad və ya tünd şabalıdı rənglər. Lakin siz saçların rənglənməsi üçün yalnız birrəngli saç boyalarına deyil, həm də “melirovaniye” və ya “kolorirovaniye” kimi saç boyama üsullarına üstünlük verə bilərsiniz. Bu zaman açıq karamel və ya qırmızımtıl çalarların istifadəsi saçları daha həcmli, baxışları isə daha parlaq və cazibədar edəcək.

Açıq dərili qonurgöz xanımlar qırmızımtıl tonlu və açıq qəhvəyi çalarlı saç boyalarına diqqət etsələr yaxşıdır: açıq şabalıdı, südlü şokolad, karamel və s. rənglər. Mütəxəssislər tərkibində ammonyak olmayan saç boyalarından istifadə etməyi məsləhət görürlər ki, onlar sizin saçlarınızın sağlam parıltısını saxlamağa kömək edəcək.

Qonur gözlər daha açıq və ya daha tünd çalarlı olur ki, bu aspekt də həmçinin saçlar üçün rəng seçimi vaxtı nəzərə alınmalıdır. Fındıq və ya qum rəngli gözlər çox tünd və parlaq saçların fonunda sadəcə “itə” bilər. Buna görə yüngül çalarlı saç boyasına üstünlük versəniz daha yaxşıdır: qırmızımtıl, qızılı, karamel, kəhrəba rəngi.

Dolğun qonur gözlər üçün tünd saç boyası uyğun gələcək, hətta əgər sizin dəriniz kifayət qədər solğun rəngdədirsə. Dərin çalarlı saçların çərçivəsində açıq dərinin və parlaq gözlərin arasında ziddiyyət çox parlaq görünür və intriqaya səbəb olur.

Həmçinin qeyd etmək lazımdır ki, qonurgöz qızlar öz təbii saç rənglərini kardinal olaraq çox açıq rəngə dəyişməsi tövsiyə edilmir, çünki bu qeyri-təbii görünür. Lakin qeyri-təbii tünd saç rəngi də süni görünür. Buna görə çalışın ki, öz təbii saç rənginizdən bir neçə ton açıq və ya tünd saç boyasına üstünlük verəsiniz.

loading...
Şərh yaz