Qripə yoluxan insanlar necə qidalanmalıdır?

loading...

Fəsil dəyişkənliyi yaşadığımız bu aylarda qripə yoluxma halları da artmaqdadır. Qrip virus səbəbiylə üst tənəffüs yollarının iltihablanmasıdır.

Burunun axması, boğaz ağrısı, öskürmək, halsızlıq, yüksək tempratur və bədənin hər yerində ağrıların müşahidəsiylə özünü gösdərən qribi qısa vaxtda bədəndən atmaq üçün bəzi yeməklərdən istifadə edilməlidir.

Qripin bədəndən tez çıxması üçün içində C vitamini olan qidalar və içəcəklərdən istifadə edilməsi tövsiyyə edilir. Aşağıda adı keçən qidalardan daha çox istifadə edərək qribi yüngül keçirə bilərsiniz.

Qaynadılmış balıq, toyuq suyu, təzə sıxılmış meyvə şirəsi, qaynadılmış toyuq, toyuq və tərəvəz şorbaları, portağal, mandalin, limonlu çay, zəncəfil çayı, itburnu çayı ve s.

Qrip olduğunuz müddətcə susuz qalmamağa çalışın. Su içərək və bitki çaylarından çox istifadə edərək bədəninizin su ehtiyacını qarşılaya bilərsiniz. İsti çay boğazınızın ağrısını və öskürəyinizi yüngülləşdirəcəkdir. Qripli dönəmlərdə quru yeməkləri həzm edərkən bədəniniz enerji itirəcəyi üçün belə yeməkləri az istifadə edin. Daha çox sulu yeməklərdən istifadəyə üstünlük verilməlidir.

loading...
SHARE
Şərh yaz