Qulaq çubuğundakı 4 təhlükə

  1. Xarici qulaq yolunda zədələnmə meydana gəlir
    “Xüsusilə yay aylarında hovuz, dəniz və duş əsnasında suyla təmas edərkən, qulağını tez-tez təmizləmə ehtiyacı hiss edən və qulaq çubuğundan istifadə edən insanlar, xarici qulaq yolunda gözlə görünməyən bəzi cızıqlara, zədələrə yol aça bilir. O zədələr və çatlaqlardan bakteriyalar asan daxil olaraq xarici qulaq yolunda infeksiyaya səbəb ola bilər. Buna görə şüurlu hərəkət etmək, qulaq çubuqlarını qulaqların dərinliklərinə doğru salmamaq lazımdır.
  2. Çirklər daha dibə itələnir
    Normalda xarici qulaq yolu qəhvəyi bir ifrazat ixrac edir. Xarici qulaq yolunu infeksiyalardan qoruyan bu ifrazat adətən xarici qulaq yolu tərəfindən çölə çıxarılır, amma biz onu gündəlik həyatımızda görə bilmirik. İxrac zamanı problem yaranarsa, ifrazat içəridə yığılır. Bu zaman ifrazatı qulaq çubuğu ilə təmizləyəcəyik düşüncəsiylə, o yığılanları daha da içəri yığılmasına səbəb oluruq.
  3. Eşitmə problemi yarana bilər
    Qulağımızın təbii quruluşu öz-özünü təmizləmə xüsusiyyətinə sahibdir. Üstəlik, qulaq çirkləri hesab edilən, əksinə, qulağımız üçün faydalıdır. Amma qulaq çubuğu ilə bu faydalı çirklərə müdaxilə edərək öz- özümüzə pislik edirik. Çünki şüursuz istifadə qulaq tutulmalarına, hətta, eşitmə itkisinə də gətirə bilər.
  4. Qulaq pərdəsi deşilə bilər
    Qulaq pərdəsi təxminən 2.5-3 santimetr irəlidə yerləşir. Ani və həddindən artıq təzyiq, partlama, həddindən artıq səs, zədə, yumruq atma və s. kimi səbəblərdən deşilə bilən qulaq pərdəsi, qulaq çubuğu ilə qulağı qurdalama nəticəsində də eyni problemlə qarşı-qarşıya qala bilər. Bu səbəbdən xüsusilə hovuz, dəniz və duşdan sonra qulağın nəmini götürmək kifayət edir.
loading...
Şərh yaz