Rəfiqənizlə şoppinqdə diqqətli olun!

loading...

Qadınla mağazaları gəzmək bir kişi ilə gəzməkdən daha maraqlı və əyləncəlidir. Ancaq növbəti dəfə rəfiqənizlə alış-verişdə “bu mənə yaraşır?” sualını verməzdən əvvəl  düşünün qarşınızdakı xoş niyyətli məsləhətçidir yoxsa rəqibdir.

Britaniya Psixologiya birliyinin araşdırmalarına görə hər 10 qadından 4-ü bu suala cavab verərkən yalan danışa bilərlər. Sadəcə psixoloji olaraq özünü sizin yanınızda daha yaxşı hiss etmək və özünə qiyməti artırmaq üçün bu yalan deyilə bilər. Məhz bu səbəblərdən də sizin paltarınıza “bilmədən” hər hansı içki tökə bilər. Hətta bəziləri alt paltarınıza ilişən ətəyinizi və ya ayaqqabıya yapışmış tualet kağızını belə görməzlikdən gələ bilər.

Mütəxəssislər hesab edir ki, qadınlar daha rəqabət qabiliyyətlidir. Bu onların təbiətindən irəli gəlir. Bu təkamül boyu yaşamaq uğrunda ən yaxşıların sağ qalması ilə əlaqədardır.

Təcrübədə iştirak edən 1629 qadın bu fikirləri təsdiq etmişdir. Sorğuda iştirak edənlərin 38%-i rəfiqələrinə geyim haqqında yalan deyə biləcəyini, 2/3-i rəfiqəsinə gözəl olmadığı halda gözəl olduğunu deyib. Yerdə qalanlar etiraf etdi ki, tam əksinə hərəkət ediblər; yaxşı paltara pis, pis paltara isə çox gözəl olduğunu deyiblər. Səbəb isə birdir: rəfiqə onlardan gözəl görünməsin.

loading...
SHARE
Şərh yaz