Rəngsiz xınanı necə tətbiq etmək olar

loading...

Rəngsiz xına kosmetik və müalicə xüsusiyyətlərinə malikdir: iltihabı prosesləri aradan qaldırır, qidalandırır, təmizləyir, dərini bərpa edir, göbələyə, antibakterial və sətəlcəmə qarşı təsirə malikdir və dərini ağardır.

Xına özündə xüsusi turşu saxlayır, hansı ki, dəri qəfəslərində kollageni bağlayır ki, cavanlaşdıran prosedurlar vaxtı mühümdür.

Yeniyetmələrin əksəriyyətinə kosmetoloqlar müxtəlif növ problemlər zamanı – dəridə iltihabı proses, sızanaqlar, angvil səpgisi, qara nöqtələr müalicəsi üçün rəngsiz xınanı tətbiq etməyi məsləhət görürlər. Rəngsiz xınaya problemli dəri üçün çay ağacının yağını əlavə edirlər.

Rəngsiz xınadan hazırlanan maskalar – üz dərisi üçün əla quluq vasitəsidir.

Rəngsiz xınadan maskaların hazırlanması üçün metal qab-qacaq tətbiq etmək olmaz – xına oksidant xüsusiyyətlərə malikdir.

Maskanın ən yaxşı effekti üçün dəri hazırlanmış olmalıdır – ilk öncə dərini tonik və ya losyonla təmizləyin, bu zaman maskanın komponentləri dəriyə yaxşı mənimsənəcək.

Müxtəlif dəri tipləri üçün rəngsiz xınadan hazırlanan maska reseptləri.

Bütün dəri tipləri üçün uyğundur– dərini təmizləyir, qidalandırır, tonusunu bərpa edir.

1-2 çay qaşığı rəngsiz xınanı bir miqdar qaynar suda xama halını alanan kimi qarışdırın. Soyuyandan sonra üzünüzə maska şəklində tətbiq edin. 20 dəqiqə saxladıqdan sonra üzünüzü isti suyla yuyun. İstəyinizə görə krem sürtə bilərsiniz.

Piyli və normal dəri üçün maska.

Rəngsiz xınanı həmcins kütlə alınana qədər qızdırılmış kefirlə qarışdırın və təmizlənmiş üzə sürtün və 20 dəq. saxladıqdan sonra isti suyla yuyun.

Quru dəri üçün qidalı maska.

Dəmlənmiş rəngsiz xınanı soyudun ona  bir miqdar xama və vitamin A əlavə edin. Hazırlanmış maskanı dəriyə sürtün və 20 dəqiqə saxlayıb isti suyla yuyun. Sonra istədiyiniz kremi üzünüzə sürtün.

Dərinin cavanlaşması üçün maska.

Rəngsiz xına maskasına bir neçə damcı çəhrayı ağacın və ya səndəlin efir yağının əlavə edin. Quruyana qədər 15-20 dəqiqə saxlayın.

Dərinin istənilən tipi üçün təmizləyici maska

1 x.q rəngsiz xınaya və 1 x.q ağ gil, ilıq suda və ya sıyıq halını alana qədər çobanyastığının həlimində həll etmək lazımdır. Hazırlanmış maskanı 20 dəqiqə üzdə saxlayın. Əvvəl isti daha sonra soyuq suyla yumaq lazımdır.

loading...
Şərh yaz