loading...

Biz bütün həyatımız boyu nəyəsə çalışırıq. Yaxşı məktəbli qız, ağıllı uşaq, nümunəvi həyat yoldaşı olmağa. Amma həqiqətən də yaxşı insan olmaq üçün – ilk növbədə insana öz reputasiyasını qorumaq lazımdır.

Ümumiyyətlə bu çox həssas anlayışdır. Axı bəzən bizə hansısa bir insanın adını eşitmək kifayətdir ki, biz onun haqqında hansısa fikirdə oluruq : “Sən Samirə haqqında danışırsan? Bilirik, bilirik, onunla ünsiyyətdə olmasan daha yaxşıdır”..

Pis dostlar

Ətrafımınızda olan dostların sayəsində yaradılan reputasiyanızı korlamaq olar. Bu zaman “dostuvu göstər diyim sən kimsən” prinsipi işləyir. Sizin haqqınızda birbaşa olaraq deyil, ümumi tanışlar vasitəsilə də məlumat almaq olar və əgər kimsə Samiri sizin dostunuz hesab edirsə – o da tənbəl, abırsız kimi tanınırsa onda çətin ki, kimsə sizin haqqınızda müsbət təəssüratda olacaq.

Sosial şəbəkələrdə açıqlıq

Sizin internetdə olan səhifəniz – sizin toplu obrazınızdır və əgər siz şübhəli əyləncələri təsvir etməyə, cinsi məzmunlu şəkillərini paylaşmağa, başqa insanlar haqqında neqativ təəssüratlar deməyə utanmırsınızsa, o zaman sizinlə ünsiyyəti kəssələr təəccüblənməyin.

İş yerində fitnələr

Siz heç zaman düşünməyin ki, kolleqalarınız haqqında söylədiyiniz fikirlərin üstü açılmamış qalacaq. Nəticədə kolleqanıza qarşı edilmiş istənilən pis bir hərəkətiniz gec-tez rəhbərliyə çatacaq və siz biabır olacaqsınız..

Yadda saxlayın ki, yalnız bir səhv hərəkət etmək kifayətdir ki, bir dəfə və həmişəlik reputasiyanız korlansın.

loading...
Şərh yaz