Reyhan şərbəti və südlü krem

loading...

Reyhan şərbəti

Vəsaitlər:

  • 1 tutam reyhan
  • 6 su stəkanı isti su
  • 6 xörək qaşığı toz şəkər
  • 3 parça limon duzu (toz halindadirsa 1/3çay qaşığı)

Hazırlanması:
Reyhanı geniş bir kasaya qoyub üzərinə isti suyu tökürük.Şəkərini və limon duzunu əlavə edib qarışdırırıq və bu şəkildə gözlədirik. Limon duzu ərisin deyə arada bir qarışdırırıq.Süzgəcdən keçirdiyimiz şərbəti soyuduqdan sonra xidmət edirik.
Südlü kremli kompot.

Vəsaitlər:

  • 2 limon
  • 1 su stəkanı süd
  • 1 çay stəkanı krem
  • 2 top vanilli dondurma
  • 5-6 kub buz
  • Təzə nanə yarpaqları
  • 1 çay stəkanı toz şəkər

Hazırlanması:
Limonları yaxşıca yuyun. Dörd yerə bölün.
Üzərinə toz şəkər əlavə edib əlinizlə yaxşıca ovun.
Üzərini örtüb 2-3 saat gözlədin.Süzgəcdən keçirib suyunu süzün.
Süd,dondurma,krem,limon suyu,buz və nanə yarpaqları blendrden keçirilir.

Bardaqlara paylaşdırıb limon dilimləri ilə xidmət edin.

loading...
SHARE
Şərh yaz